2019-un ən yaddaqalan film replikaları – SİYAHI

Epiloq.az 2019-cu ilin ən məşhur filmlərindən maraqlı replikaları təqdim edir.

Marriage Story

Onu görəndən iki saniyə sonra aşiq oldum. Onu daim sevəcəyəm. Heç bir mənası qalmasa belə…

***

Onunla yatdığıma görə mənə əsəbləşmə, danışıb güldüyümə əsəbləş.

Ona aşiqsən?

Yox, amma o mənə nifrət etmir.

Parasite

Bilirsən, hansı plan heç vaxt pozulmur? O plan ki, onu qurmursan. Plansızlıq. Həyat da belədir. Ətrafına bax, səncə insanlar bu idman zalında səninlə birlikdə gecələmək üçün plan qurmuşdular? Amma indi birlikdəyik. Yəni, bizim hər hansı iş üçün heç bir plana ehtiyacımız yoxdur.

Jojo Rabbit

– Azad olanda neyləyəcəksən?

Rəqs

– Bu gölün ətrafı əvvəllər rəqs edən, mahnı oxuyan romantik sevgililərlə dolu idi.

– Romantizm üçün vaxt yoxdur. Müharibə gedir.

Romantizm üçün həmişə vaxt var.

İrishman

Üç nəfər arasındakı sirr ancaq ikisi öləndə qalır.

***

Bu dünyada arxalana bilmədiyiniz yeganə varlıqlar milyonçuların uşaqlarıdır.

***

İnsanların tanımadan balıq almalarını anlamağa çalışıram.

 Joker

Elə bilirdim ki, həyatım dəhşətli bir dramdır. Sən demə, ucuz bir komediya imiş.

***

Ümid edirəm ki, ölümüm həyatımdan daha dəyərli olar.

Ölülər ölməz

Əvvəldən hər şeyin pis olacağını deyirdin. Hardan bilirdin?

Həqiqətən bilmək istəyirsən?

İstəyirəm!

Ssenarini axıracan oxudum.

Cim (rejissor) mənə ancaq öz oynadığım səhnələri vermişdi.