“Səfillər” romanı haqqında 11 maraqlı fakt

Epiloq.az Viktor Hüqonun “Səfillər” romanı haqqında 11 maraqlı faktı təqdim edir.

  1. “Səfillər” romanı ilk dəfə 1862-ci ildə çap olunub.
  2. Viktor Hüqo “Səfillər”in ön sözündə romanının aktual qalacağını belə izah edirdi: “Yer kürəsində səfillik və nadanlıq var olduqca belə kitablar da yaşayacaqdır”.
  3. Roman çap olunanda Hüqonun 60 yaşı var idi.
  4. “Səfillər” romanı altı il ərzində nəşriyyata yarım milyon frank gəlir gətirmişdi.
  5. “Səfillər” romanı tarixin ən uzun romanlarından biri hesab olunur.
  6. “Səfillər” romanının 3-cü bölümündəki 823 sözdən ibarət cümlə Fransız ədəbiyyatının ən uzun cümləsi sayılır. Bu cümlə 3 səhifə davam edir.
  7. Hüqo kitab çap olunandan sonra oxucu reaksiyasını öyrənmək üçün naşirə ancaq “?” işarəsindən ibarət olan teleqram vurur. Naşirdən cavab gəlir: “!”
  8. Hüqo bir fahişəni həbsdən xilas etmişdi. O zaman polislərlə etdiyi söhbəti Jan Valjanın Fantinanı xilas etdiyi yerdə təkrarlamışdı.
  9. Romandakı hadisələr 1815-ci ildə başlayır və 1832-ci il İyun qiyamı ilə başa çatır. Qəribədir ki, yazıçı da roman üzərində 17 il çalışmışdı.
  10. Romanın ilk nəşrində Kozettanın bu illüstrasiyası çap edilmişdi.

11.Roman çap olunduqdan sonra Qustav Flober yazırdı: “Romanda nə cəsarət var, nə də həqiqət”. Qonkur qardaşları isə romanı süni hesab etmişdi.