Əbdürrəhim bəy Haqverdiyev “Qəndil” – HEKAYƏ

Bu hekayə Haqverdiyevin ən yaxşı hekayəsi deyil, bəlkə də ən pis hekayəsidir. Və bir ibrət misalıdır. Başqa vaxt hər cümləsi və hətta bəzən mötərizələrarası qeydi ilə bizi valeh edən böyük ədibin bu hekayəsi, içindəki hər bir cümlə o qədər ölgündür ki…
Sözlər boş, təsirsiz…
Bəzən sintaksis belə axsayır. Hekayə hər sətri ilə “yalan, yalan, yalan” deyə haray çəkir. Lap adi bir misal.. Kəndə Qızıl Ordu girir, xalq sevinir və aşıq gətirirlər. Aşıqlar çalır, xalq Qızıl ordu əsgərləri ilə birgə rəqs edir. Rus əsgəri və Baş Sarıtel havası… Ya da… “Cavanlar оrdunun arasına dоluşub qızıl əsgərlərlə söhbət edib gülüşürdülər”. Bu dağ kəndinin cavanları rus dilini harda öyrənmişdilər? Müxtəsər… Bu və bunun kimi olan “Qisas” hekayəsi bir sənətkar üçün həqiqətin nə qədər əhəmiyyətli olduğunu sübuta yetirir. Haqverdiyevi ölmədən (1933) əvvəl öldürmüş, özünün də inanmadığı sözləri ilə qanına qəltan etmişdilər. Ədəbiyyatın bir həqiqəti isə əbədi yaşayır: “Yalan üzərinə ədəbiyyat bina etmək olmur. Hətta Haqverdiyev olsan belə…” Və bu hekayə zor qarşısında məğlub olan bir yazıçının hansı hala düşdüyünü göstərən ən kədərli bir hekayədir. Sərgüzəşti, əhvalatı özündən min batman ağır olan bir hekayə..
Epiloq.az-ın bu təliqlə təqdim etdiyi “Qəndil” hekayəsini yuxarıda deyilən fikirlər konteksində oxumağınızı xahiş edirik.

Qan Turalı




Qəndil

Bütün dağlar arasında İsKəndər bəyin adı söylənirdi. İgidliKdə, at çapmaqda, düşmən bağn yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.

Qubernatordan tutmuş axırıncı pristavadəK onun evinə gələrKən “hər barədə” razı gedərdi. Kimin IsKəndər bəyin əlindən höKumətə şiKayət eləməyə cürəti vardı?

İşdir, bu gün şiKayət etsə, sabah özü güllələnib, malı qarət olub, evi odlanıb, qızları, arvadları dağlara çəKiləcəK idi.

İsKəndər bəyin hər əmrinə hazır olanlar, ehtiyaclarını onun vasitəsilə rəf edərdilər.

HöKumət ərKanının ciblərini doldurmaq sayəsində İsKəndər bəy dağlarda padşahlıq edirdi. Üç yüz evdən ibarət olan Kəndin camaatı onun əlində əsir idi.

Sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş İkimərtəbəli sarayında oturub, hər tərəfə fərman göndərirdi. Xalqın malının, canının, Külfətinin ixtiyarı özündə deyildi. İsKəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yox idi.

EvlənməK istəyən bir qədər peşKəş özü ilə götürüb, bəyin qulluğuna gedib, ondan izn almaq məcburiyyətində idi.

Bəy razı olmasa, evlənməK mümKün deyildi. Əmrdən boyun qaçıran özünü ölmüş bilməli idi.

Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç Kəs cürət edib Kənara süd sata bilməzdi. GərəK südünü aparıb bəyin pendir zavoduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Kənd əhalisindən bir nəfər Kənara bir Kasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib onun qapısındaKı qaramalın hamısını güllə ilə qıracaqdı.

Beləlinlə, İsKəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Atalar deyiblər: “Hər yoxuşun bir enişi olar”. IsKəndər bəyin də başındam tacı həmişəliK durmayacaqdı.

Zəmanə dolandı. Şura höKuməti dağlara tərəf üz qoydu. İsKəndər bəy partizan dəstələri və Qızıl Ordunu əlsiz-ayaqsız Kəndlilər Kimi hesab edib mümaniət göstərdi və neçə gün dağlardan ordunun başına od yağdırdı. Axır davam edə bilməyəcəyini düşünüb, evinin dəyərli xırda-parasını, atlarının yaxşılarını götürüb, yanındam atlılar ilə birliKdə gecə vaxtı sərhədi addayıb qaçdı.

Sübh Qızıl Ordu Kəndə daxil oldu. Camaat ata-baba adətləri üzrə, duz- çörəK ilə ordunu pişvaz edib şadlıqdan bir neçə qurban Kəsdilər. Bir nəfər qoca Kişi ordunun Komandanına tərəf gedib, birdən onun boynunu qucaqlayıb ağladı.

-Ayaqlarına qurban olum, ay oğul; gəldiyin yollara qurban olum, ay oğul! – deyə saqqalı uzunu göz yaşı axıtdı. – Nə yaxşı gəlib bizi qaniçənin, bu vəhşi canavarın əlindən xilas elədin.

Cavan Komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Qocanı qucaqlayıb dedi:
-Ağlama, dayı, daha bundan sonra sizə əziyyət, azar verənləri görməzsiniz.

Onlar həmişəliK ölüb sizin aranızdan çıxdılar. Bundan sonra öz zəhmətinizin faydasını özünüz aparacaqsınız.

Qoca bir də onu qucaqlayıb Kənara çəKildi. Cavanlar ordunun arasına doluşub qızıl əsgərlərlə söhbət edib gülüşürdülər. Axırda gedib bir dəstə aşıq gətirib, axşama Kimi çalıb, qızıl əsgərlərlə oynayıb şadlıq elədilər. Komandan İsKəndər bəyin evinin qapısına möhür vurub qaraul qoydu.

O biri gün sübh camaatı çağırıb bəyin evinin qabağına topladılar. Ordu ilə gəlmiş bir cavan oğlan çıxıb bir uzun nitq söylədiKdən sonra dedi:

-Yoldaşlar! İsKəndər bəyin tamam varı-dövləti sizin alnınızın təri ilə, əlinizin qabarı ilə düzəlibdir. O səbəbə, höKumət onun evində olan şeylərin hamısını camaata paylamağı qərara almış, hər kəs növbət ilə gəlib xahiş etdiyi şeylərdən apara bilər.

Camaat: “Yaşasın təzə höKumət” deyə qışqırdı.

Camaat növbətlə gəlib, qazandan-qabdan, yorğan-döşəKdən.. alıb aparırdılar.

Birdən camaatın arasından bir cavan qadın irəli gəlib dedi:

-Yoldaş! Xahiş eləyirəm, ancaq o tavandan asılmış qəndili mənə verəsiniz.

 Bacı, qəndil sənin nəyinə lazımdır? Bu sizin daxmalara yaramaz; qabdan, qazandan, samavardan… sair Kəndliyə yarayan şeylərdən götür.

 Yox! Yalvarıram sənə! Amandır! Bu evdən mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de Ki, onu düşürüb mənə versinlər.

Bunu deyib, qadın gözlərindən yaş töKərəK oğlanın ayağına sürünməK istədi.

Oğlan cəld onu qaldırıb, əmr etdi Kİ, tavandan asılmış beş çıraqlı qəndili düşürüb ona versinlər.

Qadın qəndili alıb, iki dəfə ah çənib dedi:

-Ax, arzuma çatdım!

Birdən qadın, sifəti qan Kimi qızarmış, gözlərindən alov saçaraq,

üzünü camaata tutub dedi:-

Camaat! Bir il bundan qabaq mənim atam, İsnəndər bəyə bir inən peşnəş gətirib məni ərə verməyə izin istədi. İsnəndər bəy qulaq asıb dedi:

 Mən eşitmişəm sənin qızın çox gözəldir. Mən necə izin verim ni, armudun yaxşısını ayı yesin? Elə gözəl qızı çimli bir nəndli aparsın? Bu inən mənə lazım deyil; götürüb apararsan evinə. Bu gecə gərən qızını mənə qonaq göndərəsən; ondan sonra hər nəsə istəsən verə bilərsən. Atam yalvardı, yaxardı, ağladı, ayaqlarına süründü. Qulaq verməyib döyüb qovdu. Yazıq nişi məyus evə gəldi. Istədi məni götürüb uzaq nəndlərin birinə qaçırtsın, bəyin atlıları qapını nəsdirib atama imran vermədilər. Gecə neçə nəfər gəlib atamın, anamın əl və ayaqlarını bağlayıb, yerə yıxıb, məni apardılar.

Bəy məni həmin bu otağa çənib yırtıcı canavar tən qucaqlayıb, çarpayının üstünə yıxdı. Mən nə qədər yalvardım, ağladım, əziz ölənlərinin goruna and verdim, heç zad ona əsər eləmədi. Bu qəndilin çıraqlarının beşi də yanıb evi gün               nimi           eləmişdi.              Mən,   gördündə   ni,   bu   canavarın  əlindən   qurtara

bilməyəcəyəm, yalvarıb dedim: “İndi ni məni əldən qoymaq istəmirsən, barı mənim bircə təvəqqemi qəbul elə; bu çıraqları söndür”. Dedi olmaz, mən gərən bu çıraqların işığında səninlə istirahət eləyim…

İndi bəy qaçıbdır, mənim ona əlim çatmır, qısasımı bu qəndildən alacağam. Belə deyib, qadın yügürən balnona çıxıb oradan qəndili dərənin təninə buraxdı və dedi:

-Arzuma çatdım. Bu evdən mənə başqa şey lazım deyil, istəmirəm buradan apardığım şey gözümün qabağında durub, o murdar gecəni hər dəqiqədə mənim xəyalıma gətirsin. Sağ olun, yoldaşlar!

Qadın oradan çıxıb qəhrəmantən evinə getdi.