Ədəbiyyat tarixinin ən məşhur dostluqları

Epiloq.az ədəbiyyat tarixində dost olmuş məşhur adamların siyahısını təqdim edir.

Şarlotta Bronte və Elizabet Qaskell

Bronte ailəsinə sosial məkanlarda rast gəlmək olmazdı. Ancaq Şarlottanın romanları müvəffəqiyyət qazandıqdan sonra o intellektual dairələrə qoşulmağa başlayır. Şarlotta ədəbi mühitdən xeyli dost qazandı. Ancaq ən yaxın dostu məşhur yazıçı Elizabet Qaskell olur. Hətta Şarlotta bir neçə dəfə Elizabetin evində də qalır. Lakin bu evdəki sosial həyat onun təbiətinə yad idi. Qonaqlar gələndə onlarla danışmamaq üçün gizlənməyi seçirdi. Bütün bunlara baxmayaraq onların dostluğu davam edir. Brontenin vaxtsız ölümündən sonra Elizabet dostu barədə mübahisəli bir tərcümeyi-hal yazır, bu hələ də oxucular tərəfindən dəyərli mənbə hesab olunur.

Ceyms Bolduin və Toni Morrison

1973-cü ildə Morrison “Random House” nəşriyyatında  redaktor olduğu vaxtlarda Bolduinlə  tanış olur. Bolduin nəşriyyatdan təklif alır. Danışıqlar zamanı onlar dostlaşırlar. Bu dostluq Bolduin ölənə qədər davam edir. Amerikanın irqçi siyasətinə qarşı mübarizə haqqında bir-birilərinin fikirlərini daim dəstəkləyirlər.

Ralf Uold Emerson və Luiza Mey Alkott

Gənc qızlar üçün mənəvi hekayələr yazan Luiza Mey Alkott, əslində, dövrü üçün radikal hesab olunurdu. O, solçu köləliyə qarşı gələn bir ailədən idi. Ralf Uold Emerson Alkotun atasının dostu idi. Alkott dostları arasında ən çox Emersondan təsirlənmişdir.

Çarlz Dikkens və Uilki Kollinz

Onlar 1851-ci ildə tanış olurlar. İkili 1860-cı illərdə məşhur idi. Bu zamana qədər Dikkens artıq şöhrətli yazıçı sayılırdı. Kollinzin karyerası onun kölgəsində qalmışdı. Sonrakı illərdə teatrda və başqa layihələrdə birlikdə işləyirlər. Artıq  iki müəllif arasında rəqabət hissi oyanmağa başlayır. Kollinz  tiryək asılılığından əziyyət çəkirdi. Buna baxmayaraq 1870-ci ildə Dikkensin ölümünə qədər onlar məktublaşırdılar.

Henri Ceyms və Edit Varton

İngiltərədə Henri Ceymsi və Edit Vartonu nəsillər boyunca eyni fidanın budaqları kimi görürlər. Çünki hər iki müəllif bir əsrdən digərinə keçərkən cəmiyyətin qəbul etdiyi sosial normalar haqqında geniş roman yazdılar. Əslində, ikili bir-birlərinin üstünlüklərinə şübhə ilə yanaşsalar da bu onların dostluğuna xələl gətirmədi. Tez-tez qarşılaşan iki yazıçı bir müddətdən sonra məktublaşmağa başlayırlar. Məktublarında əvvəllər bir-birilərinin yazıları haqqında danışır bir müddət sonra isə şəxsi mövzularda yazışmağa başlayırlar.

Con Tolkin və Klayv Steyplz Lyuis

Tolkin və Lyuis Oksford Universitetinin İngilis dili fakültəsində oxuyarkən tanış olurlar. Xristianlıq tarixinə və Vikinq mifologiyasına olan maraqları onların dostluğuna səbəb olur. Onlar daimi olaraq bir-birilərini yazıyla bağlı ilhamlandırsalar da, zaman-zaman həm də tənqid edirdilər. Dostlar məşhurlaşdıqdan sonra aralarında rəqabət hissi yaranır, lakin dostluqları davam edir.

Elizabet Bişop və Robert Lovell

Elizabet Bişop və Robert Lovell arasındakı dostluq şeir, sənət dünyasında ikona çevrilmişdi. Onlar 1947-ci ildə bir partiyada tanış olurlar. O vaxtlar hər iki ədib təzə-təzə məşhurlaşırdı. Bişop Lovelə aşiq olduğunu etiraf etsə də, platonik sevgi olaraq qalır. Ömürboyu dostcasına məktublaşdılar. Hər ikisi də bir-birilərinin yaradıcılığına hörmət edir, fikir mübadiləsi aparırdılar.  Lovel o dövrdə daha məşhur idi və Bişopun yaradıcılığını dəstəkləyirdi. Hər iki ədib Amerikanın ən böyük şairləri sayılır.

Trumen Kapote və Harper Lii

Dövrün ziyalıları, Truman Kapoteni yaradıcılığından çox həyat tərzi ilə gündəmə gəlməyində günahlandırdılar. Digər tərəfdən Harper Lii “Bülbülü öldürmək” əsərini çap etdirdikdən sonra uzun illər müsahibə verməkdən imtina edir. Xarakterləri bu qədər bir-birinə zidd olan iki müəllif çox yaxın dost idi. Hətta Alabama ştatının Monroeville şəhərində birlikdə böyümüşdülər.
Kapote Klutter ailəsinin ölümünü araşdırmaq üçün Kanzas şəhərinə gedir. Lii də ona qoşulur. Bu araşdırmalardan sonra Kapotenin məşhur “Soyuqqanlılıq” əsəri çap olunur. Kapote bu kitabı sevgilisinə və Harper Liiyə həsr edir. Harper Lii verdiyi tövhələrin az qiymətləndirildiyini düşünürdü. Bu onların dostluğuna xələl gətirdi. Onların dostluğu pozulsa da bu dostluq Amerikan ədəbiyyatına təsir göstərmişdi.

Con Çiver və E.E.Kumminqs

1930-cu illərdə Çiver və Kumminqs Nyu-Yorkda görüşəndə Kumminqs artıq məşhur bir şair idi. Hər ikisi yaradıcılığında ənənələrə qarşı çıxsa da, Kumminqs daha çox sevgi şeirləri ilə sevildi.

Silviya Plat və Anne Sekston

Bir-birilərindən istedadlı bu iki şair ömürlərinin sonuna qədər sosial məhdudiyyətlər və psixoloji problemlərlə mübarizə apardılar. Hər ikisi intihar etdi. Hər ikisi də Boston Universitetində oxusalar belə, tələbəlik illərində bir-birilərini tanımırdılar. Ortaq cəhətləri çox idi. Hər ikisi eyni xəstəxanada, eyni psixiatr tərəfindən müalicə alırdı. Onlar ilk dəfə Robert Louelin şeir seminarında tanış olurlar. Görüşəndə həmişə intihar barədə söhbət edirdilər. Silviya ondan öncə intihar etdiyinə görə Sekston ona şeir həsr etmişdi. Şayiələrə görə onların birlikdə sevgi münasibətləri də var idi.

Dəniz Pənahova