Əliağa Vahid: “Vətən yaxşıdır”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini təqdim edirik.

“Adı gəlcək könlüm dastana döndü…”

Xudayar Yusifzadə

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir

xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

Xəzər Dənizi tək

eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar gözümdə dastan görünür.

Könüllər cəlb edən

bu xoş mənzərə,

Şövqümü

artırdı şerə qəzələ,

Çatdıqca

vətənim, elim nəzərə,

Təbiət də mənə heyran görünür.

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar

vətən yaxşıdır,

Vahid sorma

vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür…