Əsəri necə yazmalı?

Epiloq.az məşhur yazarların məsləhətlərini təqdim edir.

“Önəmli olan ilk cümləni yazmaqdır, ardı öz-özünə gələcək”.

 Paulo Koelyo

“Yazdığınız mətn sizə cansıxıcı gəlsə, oxucuda da eyni təəssüratı yaradacaq. Ona görə də sadə yazmaq lazımdır. Eləcə də lüzumsuz təfərrüatlardan bacardığınız qədər qaçın”.

 Qabriel Qarsia Markes

“Yazacağınız hekayənin əvvəldən axıra kimi necə olacağını bilməyiniz vacib deyil. Yazı prosesində oxucu kimi sizi də təəccübləndirəcək səhnələr olmalıdır”.

 Çak Palanik

“Qısa yaza biləcəyiniz hansısa bir cümləni əsla uzatmayın! Hətta bir sözü belə mətndən çıxarmaq mümkündürsə, mütləq çıxarın”.

Corc Oruel

“Oxu, oxu, yenə də oxu! Hər əsəri oxu! Klassikləri, yaxşı və pis yazılmış hər əsəri oxu və onların necə yazıldığını anlamağa çalış: eynilə ustasının gördüyü işi izləyən şagird kimi. Oxuduğunu mənimsə, sonra yaz. Yazdığın yaxşı olsa, demək, oxuduqlarından nəsə mənimsəyə bilmisən, pis olsa pəncərədən at getsin!”

Uilyam Folkner

“Yaxşı yazıçı olmaq istəyirsənsə hər şeydən əvvəl iki şərtə əməl etməlisən: çox oxumaq və çox yazmaq!”

Stiven Kinq

“Həqiqətləri yazmağın yeganə yolu onların heç vaxt oxunmayacağını, hətta özünüzün belə oxumayacağınızı düşünməkdir!”

Marqaret Etvud

“Hər həftə bir qısa hekayə yazın. Bir ildə 52 uğursuz hekayə yazmaq mümkün deyil, aralarında mütləq yaxşıları olacaq”.

Rey Bredberi

“Siz Marsel Prust deyilsiniz. Uzun cümlələr qurmayın. Əgər ağlınıza uzun cümlələr gəlirsə yazın, sonra qısa cümlələrə bölün”.

Umberto Eko

“Birnəfəsə 400 səhifə yazmaqdansa gündə bir səhifə yazın. Əsər teatr tamaşası deyil, oxucunun varlığını unudun”.

Con Steynbek