Epiloq.az “Dünyadakı bütün insanların əzbərdən bilməsini arzuladığınız şeir varmı, varsa hansıdır?” mövzusunda sorğunu təqdim edir.

Rəbiqə Nazimqızı
Yox, elə bir şeir yoxdur. Düşünürəm ki, hər kəsin öz şeiri, öz misrası olmalıdır. Məndə bu, ovqatdan asılı məsələdir. Məsələn, mən ən çox Orxan Vəlini sevirəm. Xüsusən də son vaxtlar beynimdə onun “Bir qərib Orhan Vəli” misraları səslənir. Məncə, şeir kütlə hadisəsi deyil.

Qismət
Kiplinqin “Əgər” şeiri.

Aqşin Evrən
İnsanı ekzistensial və eləcə də absurd prizmadan izah edən “Anlar” şeirini hər kəsin heç olmasa bir dəfə oxumasını istərdim. Bu şeirin Borxesə aid olduğu iddia edilir, amma mən elə düşünmürəm. Borxesin üslubuna uyğun gəlmir, məncə. Hər halda müəllifinin kimliyindən asılı olmayaraq, bütün dünya insanları üçün önəmli mətndir.

Şəhriyar del Gerani
Vaqif Bayatlı, “Ölümündən sonra başlar şair ömrü”.

Alik Əlioğlu
Nazim Hikmətin “Topal Yunusla Ceviz ağacı” şeiri.

Hədiyyə Şəfaqət
Rabindranat Taqorun “Biz səninlə” şeiri.
Cahan Seyidzadə