50 milyona 995 milyon gəlir…

Hər kəsin həyəcanla gözlədiyi “Coker” filmi qısa müddətdə bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb. Epiloq.az-ın məlumatına görə oktyabr ayının 4-də nümayişə çıxan filmin gəliri rekord həddə çatıb. Belə ki, noyabr ayının 15-nə olan göstəricilərə görə filmin ümumi gəliri ABŞ və Kanadada 316 milyon dollar olmaqla ümumilikdə  995 milyon dollar təşkil edib. 

Qeyd edək ki, ekspertlər  filmin 550 milyon dollar gəlir gətirəcəyini təxmin edirdi. Bunun əsas səbəbi isə filmin 18 yaşdan yuxarı auditoriya üçün nəzərdə tutulması idi. Lakin “Coker” artıq bu rəqəmi geridə qoyub.   Filmin ümumi büdcəsinin 60 milyon dollar olduğunu nəzərə alsaq, bu olduqca yüksək göstəricidir.