Ağ içində qara, kədər içində gülüş

İlk şəkillərini 16 yaşından çəkən məşhur fotoqraf Rene Maltetin ağ-qara kadrları gündəlik həyatın sürprizlərini əks etdirir.

Rene Maltet 1930-cu ildə Fransada anadan olub. 1960-cı ildə çap olunan “Paris küçələri və nəğmələri” adlı ilk foto-kitabı ilə qısa müddətdə məşhurlaşan, fotoları dünya miqyasında bir çox jurnalda dərc olunan Maltet ciddi mövzulara toxunsa belə, onun üslubunda mütləq yumora rast gəlmək olar.