
Bir sıra nüfuzlu dünya xəbər portalları – Misirin “Nile1”, “Alwasela”, “Embassies News”, Suriyanın “Almisbah dorub”, İraqın “İraq News”, Çinin “Alharir”, İsrailin “Aziz Nyus”, Əlcəzairin “Dzayerinfo”, Mərakeşin “Banassa”, Fələstinin “Al-Bayader”, Küveytin “Q8 Press”, Özbəkistanın “Azculture.uz”, “Human”, Rusiyanın “Rutube”, “Azerros”, Ukraynanın “Kievinform”, “Islam.in.ua” saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Alban kilsələri – tariximizin qədim izləri” sənədli videoçarxını səhifələrində təqdim edib.
Sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Azərbaycan ərazilərində əsrlər boyu azəri türkləri ilə birgə yaşamış alban tayfalarının qədim tarixindən, ortaq mədəniyyətindən, 1836-cı ilin 11 mart tarixində Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni Qriqorian kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edir.



https://mdoroobadab.blogspot.com

https://www.iraqnews-in.com/breaking_news/












