Amerika tarixinin ən qara səhifələri – İrqçilik fotoları

Epiloq.az Amerikada Rasizm tarixindən bəhs edən fotoları təqdim edir.


Nyu-York, 1940-cı illər. İrqçilikdən xəbəri olmayan iki uşaq küçədə rəqs edir.




Alabama, 1956-cı il. Təkcə ağdərili uşaqların oynadığı park. Qaradərili uşaqlar kənardan, çəpər arxasından baxırlar. Onlara icazə yoxdur.




Belçikada qaradərili balaca qızı heyvanxanada, hasarlar arasında sərgiyə çıxarırlar. İnsanlar afrikalı qıza heyrətlə baxır. Bir heyvan bəsləyirmiş kimi ona yemək uzadırlar.




Amerikada “Harri Hardinq məktəbinə qəbul edilmiş ilk qaradərili tələbə Doroti Kounts. Məktəbə getdiyi ilk gündən ağdərilillərin təhdidinə məruz qalır. Dorotinin üstünə tüpürür, onu söyürdülər.
Doroti məktəbə 4 gündən artıq gedə bilmir.



Amerikada qaradərililər avtobusda ağlara yer verməyə məcburdurlar. Əgər bir ağdərili ayaq üstədirsə qaradərili otura bilməz.



Amerikada nəhayət qaradərililərin və ağların eyni məktəbdə təhsil almalarına icazə verilir. Ancaq irqçilik yenə də davam edir.



Qaradərililər 1965-ci ildə səs vermə haqqını əldə etmək üçün etiraz aksiyası keçirirlər. Həmin gün “Qanlı bazar” olaraq tarixə düşür.



Ağların qaralara göstərdiyi irqçi münasibət.



1968-ci ildə Meksikada keçirilən olimpiada yarışları zamanı qızıl və bürünc medal almış Tommi Smit və Con Karlos qaralara edilən haqsızlığa qarşı “Black power” salamı göstərərək etirazlarını bildirirlər. Bu hadisədən sonra onların idman karyeraları bitir.



Qaradərililər hovuzda üzərkən otel sahibi onların üstünə kimyəvi maddə tökür.


ABŞ, Şimali Karolinada ağlar və qaralar ayrı-ayrı əl-üzyuyandan istifadə edir.



Amerikan polisləri tez-tez qaraları yoxlayır.



Amerikada 1959-cu ildə doqquz qaradərilinin ağlarla eyni məktəbdə oxumağa başlaması  etirazla qarşılanır.



Amerikanın İndiana əyaləti, 1930-cu il. İrqçilik hərəkatının ən yüksək səviyyəyə çatdığı vaxtlar. Tomas Şip və Abraham Smit adlı iki gənc qaradərili edam edilir.




Ağlar soldan qaralar sağdan vanna otağına gedir.






Dəniz Pənahova