Azərbaycan ədəbiyyatı Gürcüstan ədəbiyyat portalında

Gürcüstanın populyar 1 TV. Eleqtroliti”  elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairiZahid Sarıtorpağıngürcü dilinə tərcümə olunmuş “Kül” romanının yayınına başlayıb.

Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir.  Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxuyucuları Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere,  Con Çiver, En Enrayit, Herta Myuler, Hans Maqnus Enserberqer,  Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget,  Jak Brel, Lev Rubinşteyn, Con Maksvel Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədibləri əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

Portalın baş redaktoru – tanınmış Gürcüstan yazarı Şadiman Şamanadzedir.

Keçid linki: https://1tv.ge/elit/zahid-saritorfaghi/