Azərbaycan hekayəsi Gürcüstan ədəbiyyat portalında

Gürcüstanın populyar  arilimag.ge  elektron  ədəbiyyat portalı  Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləm­də” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Dilsuzun gürcü dilinə tərcümə edilmiş  “Mobil telefon” hekayəsinin yayınına başlayıb.

2008-ci ildən fəaliyyətə başlayan portal mütəmadi olaraq səhifələrində  Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski,  Mario Varqas Lyosa, Zbiqnev Herbert,  Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbediadır.

Keçid linki:

http://arilimag.ge/