Azərbaycan hekayəsi Gürcüstanın ədəbiyyat portalında

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Əlabbas Bağırovun gürcü dilinə tərcümə edilmiş “Gözəl” hekayəsinə və yazıçının yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

     2008-ci ildən fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Qustav FloberTomas EliotAlber Kamyuİosif BrodskiMario Varqas LyosaSilviya Plat kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

   Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbedidadır.

Keçid linki:

http://arilimag.ge/5991-2/