Azərbaycan poeziyası Gürcüstan ədəbiyyat portalında

Gürcüstanın populyar “1 TV. Eleqtroliti”   ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairi Rəşad Məcidin gürcü dilinə tərcümə olunmuş “Su”, “Dəniz”, “Sakitlik”, “Günah”, “İndi”, “Ləkə” və digər şeirlərinin yayınına başlayıb.

Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir.  Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxucuları Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere,  Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer,  Peter Handke, Con Maksvell Kutzee kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

Keçid linki:

https://1tv.ge/eleqtroliti/

https://1tv.ge/elit/tanamedrove-azerbaijanuli-poezia/