Azərbaycan poeziyası Rusiya ədəbiyyat portalında

Rusiyanın populyar “Poeziya” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın xalq şairi Süleyman Rüstəmin rus dilinə tərcümə olunmuş “İlk məhəbbət”, “Yandırma”, “Axşamlar” və digər şeirlərinin yayınına başlayıb. Əsərlər Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində portalda yeni yaradılmış “Azərbaycan poeziyası” bölümündə yerləşdirilib.

Şeirləri rus dilinə tanınmış tərcüməçi Vladimir Qafarov çevirib.

Qeyd edək ki, “Poeziya” portalı mütəmadi olaraq səhifələrində Henrix Heyne, Mixail Lermontov, İvan Turgenev, Artur Rembo, Pol Verlen, Rayner Maria Rilke, İvan Bunin kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

Keçid linki:

https://poeziya.ru/a/411734/