Azərbaycan poeziyası Rusiya portalında

   

Rusiyanın populyar “Artbuxta” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Tanınmış Azərbaycan şairi Əli Kərimin rus dilinə tərcümə olunmuş “Tənhalıq”, “Maska”, “İlk görüş”, Ələkbər Salahzadənin  “Ulduzlar”, “Uşaq baxışı”, “Elegiya”, Vaqif Bayatlı Odərin  “Qəribik, şairim…”, “Göy üzünə qalxan dəniz” şeirləri jurnalın oktyabr sayının Tərcümə bölümündə təqdim edilib.

Şeirləri rus dilinə Rusiyanın və Azərbaycanın tanınmış tərcüməçiləri N.Novikov, D.Kərəkməzli, A.AxundovaA.Talıbova çevirib.

Keçid linki:

http://artbuhta.ru/indexletat-po-nebu-lyogkij-trud-iz-sokrovishhnicy-poezii-azerbajdzhana.html