Azərbaycan poeziyası Rusiyanın ədəbi jurnalının səhifələrində

Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. Bu sıradan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Xalq şairi  Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri rus dilində jurnalın aprel nömrəsində işıq üzü görüb.

Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri  – Vladimir Luqovoy, Vladimir Portnov, Vladimir Qafarov və Nadiyə Qafarova tərcümə edib.

Keçid linkləri:

https://webkamerton.ru/2020/04/raskryvay-zhe-okno

https://webkamerton.ru/2020/04/vot-sudba-moya-naraspashku

https://webkamerton.ru/2020/04/ya-klyanchit-ne-privyk-u-boga

https://webkamerton.ru/2020/04/posledniy-krik-posledniy-vzdokh