Azərbaycanda muzeylərin fəaliyyəti bərpa olunur

Bu gündən etibarən ölkə üzrə bütün muzey və sərgi zallarının fəaliyyəti bərpa edilib.

Epiloq.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərarında bildirilir. 

Qərara əsasən, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.