Aztc.gov.az.-ın ukrain dili versiyası fəaliyyətə başladı

Dövlət Tərcümə Mərkəzinin rəsmi aztc.gov.az saytı bu gündən etibarən ukrain dilində də fəaliyyət göstərəcək. Azərbaycanın tarixi, ictimai-siyasi, ədəbi-mədəni həyatı, Qarabağ, Xocalı, 20 Yanvar faciəsi ilə bağlı audio və videomaterialları beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb, fars, gürcü dilində yayınlayan sayt bu gündən etibarən Ukraynada da izlənəcək.