
Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli bu gün vəfat edib.
Epiloq.az xəbər verir ki, bəstəkarın ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjeman, orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.
Allah rəhmət eləsin!