“Balaca şahzadə” haqqında maraqlı faktlar

Epiloq.az Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında 11 maraqlı faktı təqdim edir.

1. Ekzüperi “Balaca şahzadə” romanını  vətəni  Fransanın nasistlər tərəfindən  işğal  edildiyi illərdə qələmə alıb.

2. Roman Fransada ilk dəfə 1945 – ci ildə, müəllifin ölümündən bir il sonra çap edilib.


3. Dünyada ən çox tərcümə olunan əsərlərdən biri olub. 363 dilə çevrilib.

 4. Roman 12 dəfə ekranlaşdırılıb.


5. Görkəmli alman filosofu Martin Haydegger Balaca Şahzadə romanını XX əsrin ən yaxşı bədii əsəri hesab edirdi.

6. Kitabdakı bütün rəsmlər yazıçıya aiddir.

7.Fransa  avroya keçməmişdən öncə, 50 franklıqların üzərində  Balaca şahzadə və Ekzüperinin şəkli yer alırdı.



8. Yaponiyanın  Hakone şəhərində “Balaca Şahzadə” adlı muzey yaradılıb.


9.Cənubi Koreyanın Qyeongi şəhərində isə “Balaca şahzadə” adı verilən bir kənd var. Bu muzey və kənd turistlərin daim diqqətini çəkib.
Yazıçının vətəni olan Lion şəhərinin aeroportu Ekzüperinin adını daşıyır.

10. Romanda ən önəmli obraz olan pilotun şəkli kitabda yoxdur.
 
11. Romanın əlyazma variantı 1000 səhifə idi.

Dəniz Pənahova