Bütün zamanların 10 ən yaxşı komediya filmi

BBC-nin mədəniyyət bölməsi 52 ölkədən 253 komediya filmini tənqidçilərə təqdim edib. Epiloq.az ilk siyahıda ilkin sıralara daxil olan bütün dövrlərin ən yaxşı komediya filmlərini təqdim edir.

  1. “Bəziləri isti sevər” (Cazda yalnız qızlardır) (Some Like It Hot. Billy Wilder, 1959)
Some Like It Hot (1959)

Baş rollarda Merilin Monro, Toni Kurtis və Cek Lemmon çəkilib. Kurtis və Lemnon musiqiçidirlər və iş tapmaqda çətinlik çəkirlər. Onlar bir gün 7 nəfərin ölümünə səbəb olan hadisəyə şahid olurlar. Qatillər hadisəni görən Kurtis və Lemnonu öldürmək istəyəndə polislər peyda olur. Qəsəbədən ayrılmağa qərar verən dostlar qadın paltarı geyinərək qızlardan ibarət orkestrə qatılırlar. Onlar qatardakı qızlarla birlikdə Floridaya səfər edirlər.

2. “Doktor Streynclav, yaxud mən necə mərmidən qorxmamağı öyrənib sonra onu sevdim”.? (Dr Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb. Stenli Kubrik, 1964)

Amazon.com: Dr. Strangelove or How I Learned to Stop Worrying and Love the  Bomb (40th Anniversary Special Edition): Peter Sellers, George C. Scott,  Sterling Hayden, Keenan Wynn, Slim Pickens, Peter Bull, Tracy

Film Peter Georgenin “Qırmızı siqnal” romanı əsasında çəkilib. Məşhur kinorejissor Stenli Kubrik ironiya dolu bu filmində dünyanın nüvə müharibəsinə necə sürükləndiyini təsvir edir.

3. “Anna Hol” (Annie Hall. Vudi Allen, 1977)

Annie Hall - Wikipedia

Bu ekran əsəri Vudi Allenin avtobioqrafik filmlərindəndir. Filmdə Vudi Allen Nyu-Yorka və qadınlara olan məhəbbətini, Hollivuda nifrətini həm coğrafi, həm də maddi baxımdan təsvir edir.

4.“Qaban günü” (Groundhog Day. Harold Ramis, 1993)

Groundhog Day (1993) - Rotten Tomatoes

Baş rollarda Bil Murray və Makdovel çəkilib. Film eyni bir günü təkrar-təkrar yaşamaq məcburiyyətində qalan bir insanın sərgüzəştlərindən bəhs edir.

5. “Ördək şorbası” (Duck Soup. Leo Makkeri, 1933)

Duck Soup (1933) - Rotten Tomatoes

Fridoniya azad və cəsur insanların yaşadığı ölkədir. Ancaq bir gün bu ölkə iqtisadi cəhətdən böhran yaşayır. Ölkəni vəziyyətdən xilas edə biləcək yalnız bir insan var – dul və imkanlı qadın Teasdale. Teasdalenin isə öz şərtləri var.

6. “Brianın həyatı” (Life of Brian. Terri Cons, 1979)

Monty Python's Life of Brian - Wikipedia

Filmdə üç müdrik insan həmişə eyni evdə dua edir. Bir gün onlar başqa otaqda bələyə bükülmüş körpə tapırlar. Körpəni müqəddəs hesab edənlər onu İsa adlandırırlar. Cəmiyyət tərəfindən müqəddəs varlıq kimi qəbul edilən bu körpə həyatı boyu Məsih kimi yaşayır.
Film qara yumor janrının ən uğurlu nümunələrindəndir. Eyni zamanda film İncildəki dini mövzulara müraciət edən Hollivud filmlərinə nəzirədir.

7. “Təyyarə” (Airplane. Cim Abrahams, David Zucker və Jerri Zucker, 1980)

Airplane! - Wikipedia

Bu ekran işi isə fəlakətdən bəhs edən filmlərə nəzirədir. Həm sərnişinlər, həm də pilotlar yedikləri qidadan zəhərlənirlər. Sərnişinlərin yeganə ümidi Ted Strikerə qalıb. Ted Striker İkinci Dünya müharibəsində pilot olub. Keçirdiyi qəzadan sonra isə təyyarəyə minməkdən qorxur.

8. “Oyun vaxtı” (Playtime. Jakies Tati, 1967)

Playtime (1967) | Jacques tati, French movie posters, Comedy films

Filmin konkret mövzusu yoxdur. Ekran işi bir-birini izləyən və təsadüfi görünən motivlərdən ibarətdir.

9. “General” (The General. Klayd Brakman və Baster Keaton, 1926)

The General (1927) - Rotten Tomatoes


Səssiz filmdə rejissor Baster Keaton özü də rol alıb. Film Amerikada baş verən vətəndaş müharibəsi dönəmindən bəhs edir. Conni Qrey adlı obraz hər şeyə qarşı laqeyd bir adamdır. Onu bu həyatda ikicə şey maraqlandırır: General adlandırdığı lokomotivi və sevdiyi qız Annabella Li. Conni sevgilisinə cəsarətli olduğunu sübut etmək üçün orduya yazılır. Lakin orduda ona sadəcə makinaçı kimi ehtiyac var.

10. “Böyük Lebovski” (The big Lebowski. Joel və Ethan Koen, 1998)

The Big Lebowski - Wikipedia

Los-Ancelesdən olan işsiz-gücsüz, qayğısız və laqeyd Lebovskini eyniadlı bir milyonçuyla səhv salırlar. Milyonçu əlil arabasına məhkumdur. Film absurd komediya janrındadır.

Hazırladı: Dəniz Pənahova