“Cakomo Puççini və onun növbəti operası haqqında”

 Epiloq.az  məşhur italyan bəstəkarı Cakomo Puççini haqqında  1915-ci ildə “Vanity Fair” jurnalında çap olunmuş məqaləni təqdim edir.

Cakomo Puççini və onun növbəti operası haqqında

Cakomo Puççini, şübhəsiz ki, zamanımızın ən məşhur opera bəstəkarıdır.  Onun əsərləri bütün opera məkanında həyatda olan bəstəkarlardan daha çox nümayiş olunur. Hətta Almaniyada belə  onun operalarının ümumi əhali arasında Rixard Vaqnerin əsərlərindən daha populyar olduğu deyilir. Puççininin yaratdığı yeddi operadan ən sıx ifa olunanı – “La Bohem” və “Madam Batterflay”dır. Deyilənə görə, hər hansı bir rəhbərlik xalqı teatra cəlb edə bilməyəndə bu iki operadan birini göstərməklə yaradıcı heyətin kimliyindən asılı olmayaraq hər zaman gəlir əldə edə bilir. Operaları hər cür musiqisevərə xitab etdiyinə görə Puççini qazandığı böyük şöhrətə layiqdir.

Teatrda yenicə eşitdiyi modern bir musiqi bəstəsinin təsirindən ayıla bilməyən qalereyadakı qabaqcıl gənc bir tələbə bu havanı fitləyərək oradan çıxır. O, musiqinin notlarından duyduğu melodik kəşflərin sonsuz axışını, orkestrin parlaq rəngarəngliyindəki gözəl və dramatik effektləri ən sadə yollarla tapmağa nail olur. Puççininin metod sadəliyinin bu heyrətamiz örnəyini “Madame Batterflay”ın ikinci pərdəsinin finalında görmək olar. O bunu tematik, orkestral və harmonik olaraq mümkün ola biləcək ən bəsit şəkildə həll edir. Buna baxmayaraq, əldə etdiyinin üslubu, uzaqlığı, səbir və gözləntisi izaholunmaz dərəcədə gözəldir və yüksək musiqi zövqü olanları heyran etməyə bilmir. Bu, əsl dahilikdir!

Puççini roman, yaxud pyeslərin artıq çoxdan uğurlu hesab olunanlarını, onların dramatiklik dərəcəsini librettosu üçün hazır vəziyyətə gətirərək məntiqlə işləyirdi. Bu qayda yalnız onun ilk iki operası üçün istisnadır. Birincisi – “Le Ville”nin mövzusu bəstəkar  Adolf Adamı da  “Jizel” baletini yazmağa ruhlandıran köhnə bir əfsanədən alınıb. İkinci opera “Edqar” isə Alfred de Mussetin “La Coupe et les Lévres” əsəri əsasında işlənərək hazırlanmışdı.

Üçüncü operası “Manon Lescaut” üçün yazılan əsəri iki dostu ilə birlikdə Puççininin özünün yazdığı deyilir. Təbii ki, bu ad Labbe Prevostun eyniadlı əsərindən alınmışdır. Müasir ədəbi dünyanın ən istedadlı ikilisi İllika və Giacosa birlikdə onun ən möhtəşəm üç operasına – “La Bohém”, “Madame Batterflay” və “La Toska”ya  librettolar yazdılar.  

Puççini hazırda mövzusunu Ouidanın “Two Little Wooden Shoes” adlı romanından aldığı bir opera üzərində işləyir. DAnnunzionun indiki Avropa müharibəsinin bir hissəsinə aid librettosunun Puççini üçün yazıldığını deyirlər.

Puççininin heyranedici görkəmi və xoşrəftarı 1910-cu ildə Amerika səfərində ona çoxlu dost qazandırmışdır. O, cəsur bir idmançıdır. Atıcılıqla məşğul olmaq, doğrudan da, onun ən sevimli motivasiyasıdır. Yayda vaxtının çoxunu İtaliyadakı villasının bağında və hovuzda keçirir. Bağda onun içində müxtəlif növ yüzlərlə quş olan nəhəng bir qəfəsi var. Onları izləyib-dinləməkdən zövq alır və bildirir ki, əksər musiqi ideyaları quşları dinləyərkən yaranıb. Puççininin Milanda evi var. Lakin o, ən çox Torre da Lagodakı villasında olur. Çox güman ki, “Two Little Wooden Shoes”un ilk nümayişini izləmək üçün Nyu-Yorka qayıdacaq.

Gianni Schicchi (Work - Giacomo Puccini/Giovacchino Forzano) | Opera Online  - The opera lovers web site

Bu operada Puççininin “La Bohem”ə də xas olan orkestr sadəliyinə qayıtdığı aşkar söylənilir. O, belə qənaətə gəlib ki, müasir orkestrin mürəkkəbliyi davamlı olaraq ahəngin pozulmasına yol açır. Bu da təbii ilhamın yaranması üçün zərərlidir.

Cokama  Puççini indi 57 yaşındadır. Beş nəsildən böyük musiqiçi ailəsinin yetişdiyi Lukkada doğulub. Babasının babası (baba Giacomo Puccini) orqan ifaçısı idi. “Lukka Dövlət Kapella Maestrosunda”da və kilsədə bəstəkar kimi fəaliyyət göstərmişdir. Babasının atası (Antonio Puccini) bəstəkar, eyni zamanda nəzəriyyəçi idi. O, bir çox bəstələrində mühüm nailiyyətlər əldə etmiş oğlu (Puccininin  babası – Domenico Puccini) ilə eyni dərəcədə tanınırdı. Puççininin atası (Michele Puccini) dini musiqinin çox görkəmli bəstəkarı idi və o qədər rəğbət qazanmışdı ki, bəstəkar Covanni Pakininin ölümündən sonra xatirəsinə bir rekviyem yazmışdır.

Puççini musiqi təhsilinə Lukkada başlayıb, sonra Milandakı konservatoriyaya yollandı. Puççini əksər orkestr əsərlərini Milanda olarkən yazıb. Onlardan ən məşhuru “Kapurikko simfoniyası”dır. İlk operası “Le Ville” Milandakı dostlarının köməyi ilə 1884-cü ilin 31 may tarixində ərsəyə gəlmişdir. İş elə gətirdi ki, Milanda musiqi yayını ilə məşhur olan Rikordi ailəsinin xanımlarından biri bu tamaşada iştirak etdi və çıxışdan xeyli təsirlənərək dərhal “Rikordi” şirkətinin ozamankı rəhbəri mərhum Cuilio Rikordiyə bu əsərin tərifi ilə dolu bir teleqram yolladı. Tezliklə şirkətdən operanı satın almağı təlimatlandıran cavab məktubu gəldi. C.Rikordi tezliklə Puççini dühasının fərqinə vardı və bunu xalqa çatdırmaq üçün əlindən gələni əsirgəmədi. Bunun parlaq nəticəsini indi görürük.

Puççininin ikinci operası “Edqar”ın orijinalı 4 pərdəlidir, ancaq hazırda 3-dək qısaldılıb. “Edqar” 1892-ci ilin fevralında “La Skala”da nümayiş olunsa da, az uğur qazandı.

Giacomo Puccini (1858-1924) – Mahler Foundation

Puççini ilk təntənəli qələbəsini 1 fevral 1893-cü ildə Turindəki “Teatro Regio”da göstərilən, operalarının sayca üçüncüsü “Manon Lescaut” ilə qazandı. Son iki mövsümdə “Metropolitan Opera Teatrı” ən populyar nümayişlərdən birinin bu opera olduğunu elan etdi. Bu tamaşa günümüzdə də, Avropa və Cənubi Amerikanın bütün aparıcı teatrlarının repertuarında qalır. Operanın İtaliyadakı ilk nümayişində kollektiv çox ciddi uğur qazandı. Tamaşada Jüzeppe Kremonininin oynadığı “Des Grieux” rolunu və Manon hissəsini Kesira Ferrani canlandırmalı idi. Bu mövsümdə Kremonini Buenos Ayresdə çıxış edirdi. Lakin Puççini tamaşanın bu hissəsini yalnız Kremonininin oynayacağı təqdirdə doğru olacağına israr etdi. Çox səylərdən sonra ifaçını İtaliyaya geri gətirməyə müvəffəq oldular. O bu səhnəni canlandırmaqla həddindən artıq böyük bir uğura imzasını atmış və bir neçə sezon boyunca Avropada, eləcə də Cənubi Amerikada bu rolun ifasına davam etmişdir. Bu xoşavazlı sənətkarın “Metropolitan Opera Teatrı”nda da səhnəyə çıxdığını xatırlayan xeyli adam var. Graunun rəhbərliyi dövründə bir neçə mövsüm burada oxumuş və “La Toska”da Kavaradossini oynamışdır. O, gənc, yaraşıqlı və olduqca lirik saflığa malik olan səsi ilə əsl istedadlı biri idi. Deyilənə görə, onun səsi Gayarre və Marionun səslərini çox xatırlatdır. 32 yaşlı vokalist bir həftədən az çəkən xəstəlikdən sonra doğulduğu Kremona şəhərində vəfat etdi. Öz şəhərindəki yoxsullara ianə üçün nəzərdə tutulan bir opera tamaşasında tutduğu soyuqdəymədən xəstələnmişdi. Onun ölümü sənət üçün həqiqi itki idi və üç qitənin xalqında dərin hüzn doğurdu.

Puççinidən dinlədiyimiz dördüncü opera “La Bohem”dir. Bu operası bəstəkara digərlərindən daha çox şöhrət gətirdi. İlk dəfə 1 fevral 1896-cı ildə Turində “Teatro Regio”da səhnələşdirilmişdir. Əsərin bütün dünyada hələ də digər tamaşalardan daha sıx göstərildiyi deyilir.

La Bohème | by Giacomo Puccini | Phoenix Opera

“La Toska” Puççininin beşinci operasıdır. 14 yanvar 1900-cü ildə Romada, “Kostanzi Opera Teatrı”nda nümayiş olundu. Bu operanın ən mükəmməl nümayişi Arturo Toskanininin dirijorluğu altında Nyu-Yorkda göstərilib.

Puccini's Tosca: a beginner's guide - Classic FM

Puççininin başqa bir operanı işləməsindən dörd il öncə – 17 fevral 1904-cü ildə “Madam Batterflay” “La Skala”da tamaşaya qoyuldu. Lakin opera ilk nümayişində son pərdəyədək fitə basılmışdı. Milan camaatının tamaşaya bu cür münasibətinin səbəbini çox vaxt Puççininin düşmənlərinin siyasi çağırışı ilə əlaqələndirirlər. Lakin əsl səbəb nə olur olsun, nəticədə baş verən bu oldu ki, ertəsi gün səhər “Rikordi” şirkəti prodüserlik hüquqları üçün “La Skala”nın rəhbərliyindən aldığı çeki qaytarmış və operanın musiqisini geri alaraq onun başqa bir çıxışına icazə verməmişdi. Üç ay sonra, mayın 28-i Bresciada eyni kollektiv və bir-iki əhəmiyyətsiz düzəlişlərlə tamaşa ikinci dəfə səhnələşdirildi. İkinci çıxış çox uğurlu alındı və Milandakı ilk tamaşadan sui-istifadə edən tənqidçilər indi özləri ona gur tərif yağdırırdılar.

Hohenstein, Adolfo - R. 10 - Madame Butterfly

David BelasKonun “The Girl of the Golden West” layihəsi Puççinini yeddinci – sonuncu operasını yazmağa ruhlandırdı. Bu operanın ilk tamaşası 10 dekabr 1910-cu ildə “Metropolitan Opera Teatrı”nda Arturo Toskanininin dirijorluğu ilə baş tutdu. Səhnəyə Belasconun özü nəzarət edirdi. Yaradıcı heyət  – madam Destinn, Karuso və Paskal Amatodan  ibarət idi. Puççini son məşqlərə xüsusi nəzarət etmək və tamaşanın qalasını izləmək üçün İtaliyadan bura gəldi. Ən kiçik detalına qədər bir sıra mükəmməl səhnələrin olmasına baxmayaraq bu opera elə də uğur qazanmadı. Avropada isə bundan da az uğura imza atmışdı.

                                                                                 R.L.Kottenet

“Vanity Fair” jurnalı

                                                                                 Noyabr, 1915

İngilis dilindən tərcümə edən: Rəqsanə Süleyman