Çarli Çaplindən həyata aid sözlər

Epiloq.az Çarli Çaplinin həyata aid söylədiyi sözləri təqdim edir.

Gülüşsüz keçən bir gün ziyan olmuş bir gündür.

***

Çox düşünüb az hiss edirik.

***

İnsanın əsl xarakteri sərxoş olanda ortaya çıxır.

***

Dünya amansızdır. Yaşamaq üçün sən də amansız olmalısan.

***

Sözlər acizdir. Deyə biləcəyimiz ən böyük söz “fil”dir.

***

Charlie Chaplin: 5 must-see films | Vogue Paris

Niyə məna axtarırıq ki? Həyat ehtirasdır.

***

İnsanlar imkan versəydi, həyat gözəl olardı.

***

İnsan təkbaşına olanda dahidir. Ancaq toplu halda bəşəriyyət canavara çevrilir. Getdiyi hər yerdə təxribat törədir. Qəddar və axmaq məxluqa çevrilir.

***

Tanrı ilə aram çox yaxşıdır. Mənim etirazım insana qarşıdır.

***

Həyata kameranın ümumi planından baxanda komediya, iri planından baxanda isə faciə kimi görünür.

***

Charlie Chaplin kimdir?

Ağrılarım başqasını güldürə bilər, ancaq gülüşüm heç vaxt başqasının dərdinə səbəb ola bilməz.

***

Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman o heç vaxt gülmür.

***

Bu qəddar dünyada heçnə qalıcı deyil, dərdlərimiz belə.

***

Yerə baxırsınızsa göyqurşağını tapa bilməyəcəksiniz.

***

Yağışda gəzməyi sevirəm, çünki heç kim ağladığımı görmür.

***

Reasons Why “City Lights” Is Charlie Chaplin's most popular film – Almost  Alien

Gerçək daha çox bədii əsərlərdədir, nəin ki, tarix kitablarında.

***

Niyə şeirlərin bir mənası olmalıdır ki?

***

Başqalarına zərər vermək üçün gücə ehtiyacınız var. Halbuki sevgi hər şeyi düzəltmək üçün kifayət edir.

***

İnsanlar yaşadıqca azadlıq heç vaxt yoxa çıxmayacaq.

Hazırladı: Dəniz Pənahova