Ceyn Ostindən AFORİZMLƏR

Epiloq.az ingilis yazıçısı Ceyn Ostinin yaddaşlarda iz salan unudulmaz aforizmlərini təqdim edir.

Qürur bizim özümüzü necə qiymətləndirdiyimizlə əlaqəlidir. Təkəbbür isə özümüzü başqalarına necə təqdim etmək istəyimizlə.

***

Səbr etdiyimiz çətinlik, qarşımıza qoyduğumuz məqsədlə düz mütənasib olmalıdır.

***

Sevgisiz ailə quran qadın bu dünyada ev əşyalarının ən etibarlı gözətçisidir.

***

Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlməyə başlayır.

***

Bir adamın fikri başqasının qaydası olmamalıdır.

***

Tutarlı məqsədiniz olduğu zaman, məsafələr önəmsiz olur.

***

Yaxşı yazılmış kitab adama həmişə qısa gəlir.

***

Keçmişi yalnız sizə zövq verəcək qədər xatırlayın.

***

Xoşbəxtliyin indiyə qədər eşitdiyim ən yaxşı  formulu yüksək gəlirdir.

***

Gəncliyində təbiətin dadını çıxara bilməyənlərə yazığım gəlir.

***

Xəyallarınızın uzaq diyarlarda gəzməsinə hər fürsətdə icazə verin.

***

Axmaq şeylər ağıllı adamlar tərəfindən dəfərlərlə təkrarlandığı zaman normal qarşılanır.

***

Kim olduğumuzu müəyyənləşdirən düşüncələrimiz yox,  əməllərimizdir.

***

Heç nə məni istəmədiyim bir işi görmək qədər yora bilməz.

***

Günəşli bir gündə kölgədə oturmaq və yaşıllığı izləmək ən gözəl istirahət formasıdır.

İnsanların birlik olduğu yerdə yoxsulluq ən  böyük zənginlikdir.

***

Səninlə aramızda böyük bir fərq var. Təriflər səni təəccübləndirdiyi və məmnun etdiyi halda, məni heç maraqlandırmır.

***

Hər gün 10 dəqiqəni faydalı işlərə sərf etdiyini özünə sübut etmədən qapıdan çölə addım atmamalısan.

Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.

***

Məgər ətrafa diqqətsizlik aşiq olmağın ən yaxşı sübutu deyil?

***

İnsanı öz duyğuları qədər yanıldan ikinci bir şey yoxdur.

***

İnsan həyatı boyu sevməyi öyrənməlidir.

***

Duyğularımı ifadə edəcək dil tapa bilməyəndə, onları hamıdan gizləyirəm.

***

Əgər bir insan, fərqi yoxdur, qadın ya kişi, yaxşı romandan zövq ala bilmirsə, demək ki, o dözülməz dərəcədə axmaqdır.

Cahan Seyidzadə