Çikaqoya ayna tutan dayə – FOTOSESSİYA

 1950-1990-cı illərdə Çikaqoda dayəlik etmiş Viviyen Mayerin öz dünyası var idi. Belə ki dayəlik etdiyi evdə qaldığı otağın qapısına kilid vurdurmuşdu. Və bu bağlı qapı arxasında  ölənə qədər heç kim onun şəkil çəkmək sevgisindən xəbər tutmadı.  Ölümündən sonra – 2009-cu ildə əşyalarını saxladığı zirzəmi satışa çıxarılır. Bu zaman Çikaqo haqqında kitab yazan və bu şəhərin qədim şəkillərini axtaran Con Maluf adlı şəxs hərracda Mayerin neqativ dolu lentini alır. O, lentdə qarşılaşdığı şəkillərə heyran olur. Bundan sonra Mayerin bütün fotolentlərini alan Maluf sirli dayənin yüz minə yaxın fotosunu gün işığına çıxarır. Heç bir foto təhsili olmayan, “Rollefeks” markalı fotoapartıyla Çikaqo küçələrinə ayna tutan Mayerin obyektivi həmin dövrün gündəlik həyatına bir pəncərə açır.

Epiloq.az Viviyen Mayerin fotolarını təqdim edir.





Cahan Seyidzadə