“Çovdarlıqda uçurumdan qoruyan” romanı haqqında 14 maraqlı fakt

Epiloq.az  “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə bağlı maraqlı faktları təqdim edir.

1. “Çovdarlıqda uçurumdan qoruyan” əsəri  ilk dəfə 1951-ci ildə ABŞ-da çap olunub.

2.Roman dünyada hər gün təxminən 685, il ərzində isə 250 min ədəd satılır.

3. Romanın müəllifi D.C.Selincer çap üçün getdiyi ilk nəşriyyat evində naşir Holden Koldfildin dəli olduğunu düşünmüşdü.Bu səbəblə romanı çap etməkdən imtina etmişdi.

4.Selincer əsərin çapına nail olmaq üçün “Nyu Yorker”jurnalının  baş redaktoru  Vilyam Maksvelə onu əvvəldən axıra kimi yüksək səslə oxumuşdu.

5.Selincer İkinci Dünya Müharibəsi zamanı əsgər idi və əsərin altı bölümünü özü ilə müharibəyə aparmışdı.

6.Əsər çox zaman əxlaqi dəyərlərə zidd olduğu üçün  təzyiqlərə məruz qalsa da, maraqlıdır ki, 1978-ci ildə Vaşinqtonun bəzi məktəblərində kommunizmin təbliğinə görə  qadağan olunmuşdu.

7.Con Lennonu öldürən Mark Çempen tutulduğu zaman onun üzərindən “Çovdarlıqda uçurumdan qoruyan” əsəri çıxmışdı. Qatil Con Lennonu öldürdüyü zaman Holden Koldfildin ruhuna sahib olacağına inanırdı. Eləcə də amerikalı aktrisa Rebeka Şefferın qatili Con Bardonun da üzərindən eyni əsər çıxmışdı.

8.Romanın digər bəlalı fanatı 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd edən Con Hinkli idi.

9.“Çovdarlıqda uçurumdan qoruyan” əsərində  “Allahın cəzası” birləşməsi 277 dəfə işlədildiyi halda, “xoşbəxtlik” sözünə cəmi iki dəfə rast gəlmək olur.

10.Selincer 2009-cu ildə  isveçli bir yazıçının 60 yaşlı Holden Koldfildin qocalar evindən qaçışını təsvir edən romanının çapına müəllif hüquqları iddiası ilə mane olmuşdu. O müəllifi məhkəməyə versə də, nəticəni görmədən vəfat etmişdi.

11.“Holden” Selincerin müharibədəki dostunun adı idi.  

12.Əslində “Çovdarlıqda uçurumdan qoruyan”  əsərinin əvvəli də var idi. Belə ki, 1949-cu ildə Selincer “Harpers Bazar” jurnalında Holdenin qardaşının ölümündən bəhs edən “Boulinq topları ilə dolu okean” adlı bir hekayə çap etdirmək istəsə də sonradan fikrindən daşınmışdı.Həmin hekayə yazıçının ölümündən 50 il sonra çap olunmaq şərtilə Priston universitetinə bağışlansa da,  2013-cü ildə yayımlandı.

13.“Çovdarlıqda uçurumdan qoruyan”  hələ də ABŞ-da ən çox müzakirəyə səbəb olan və qadağan olunan kitablardan biridir.

14.Aralarında Leonardo DiKaprionun da olduğu bir çox məşhur adam roman əsasında film çəkmək istəsələr də buna nail ola bilməyiblər.

Cahan Seyidzadə