Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstan Milli Yazıçılar İttifaqı arasında memorandum imzalandı

Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstan Milli Yazıçılar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Gürcüstan Milli Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili tərəfindən imzalanıb.