Dövlət Tərcümə Mərkəzi şifahi tərcümə üzrə Seçim Turları təşkil edir

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verdi. 

Turlar ingilis dili üzrə ictimai-siyasi sahədə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin 30 sentyabr tarixinədək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur.

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV.

Qeyd:   1. Turlarda iştirak ödənişlidir.

Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)