Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti “Yandeks.Dzen” platformasında

Rusiyanın məşhur “Yandeks.Dzen” platforması Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti haqqında məlumata  geniş yer ayırıb. Platformada Mərkəzin, əsasən Rusiya ictimaiyyəti üçün maraqlı olan tərcümə və  nəşr layihələri, bu sıradan tanınmış rus yazıçıları – Leonid Andreyevin “Uçuş”, Şolom–Aleyxemin “Seçilmiş əsərləri”, görkəmli teatr və kinorejissorları – Vsevolod Meyerholdun “Seçilmiş əsərləri”, Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabları barədə məlumatlar ışıqlandırılıb.

Qeyd edək ki, “Yandeks.Dzen” platforması 50 milyon oxucu auditoriyası tərəfindən izlənilir.

https://zen.yandex.ru/