Dünyanın 10 ən məşhur kitab mağazası

Kitablar bizim ən yaxşı dostumuz, həm də bizə yol göstərən mayaklardır. Onların sayəsində başqa dünyalara səyahət edir, özümüzü inkişaf etdirmək imkanı qazanmış oluruq. Buna görə də kitablar da, dostlar qədər diqqətlə seçilməlidir.

Bəzən kitablarla yanaşı, onları seçdiyimiz məkanlar da bizim üçün əhəmiyyət daşıyır.  Belə ki, sıradan kitabçılardan fərqli olaraq qədim binalarda yerləşən, fərqli dizaynları olan kitab mağazaları oxucuların daha çox diqqətini çəkir.

Epiloq.az dünyanın ən məşhur 10 kitab mağazasının siyahısını təqdim edir.

1. “Selexyz Bookstore”, Hollandiya

Bu mağaza 700 illik tarixə malik qədim kilsə binasında yerləşir.

Selexyz Dominicanen, Maastricht, The Netherlands | Philip Lawton

Bookstore Selexyz Dominicanen | Merkx-Girold | Archello

2. “Livrario Lello”, Portuqaliya

Neo-qotik üslubda tikilmiş binada yerləşən bu  mağaza 1906-cı ildə açılmışdır. “Harri Potter” filminin bəzi səhnələri burada çəkildikdən sonra, kitab mağazası daha da məşhurlaşmışdır.

Livraria Lello: a mais bonita do mundo | ncultura

3. “Cook and Book”, Belçika

Qeyri-adi dizaynı olan bu mağazada kitab almaqla yanaşı, həm də ləziz yeməklər yemək mümkündür.

The 10 best expat-friendly bookshops in Brussels | The Bulletin

4. “El Ateneo Grand Splendid”, Argentina

Dünyanın ən məşhur kitab mağazalarından sayılan “El Ateneo Grand Splendid” əvvəllər kino və teatr mərkəzi olan bir binada yerləşir. Burada tamaşaçı oturacaqlarının yerinə kitab rəfləri yerləşdirilib.

File:El Ateneo Grand Splendid Bookshop, Recoleta, Buenos Aires, Argentina,  28th. Dec. 2010 - Flickr - PhillipC.jpg - Wikimedia Commons

5. “Shakespeare and Company”, Fransa

1919-cu ildən fəaliyyət göstərən bu kitab mağazasında maraqlı kitablarla yanaşı, tarixi Fransa memarlığından da zövq almaq olar.

Shakespeare & Company | Bookstore, Shakespeare and company paris, Bookshop

6. “Atlantis Books”, Yunanıstan

Egey dənizinin sahilində, Santorini adasında yerləşən bu kitab mağazası turistlərin ən çox baş çəkdiyi məkanlardandır. 2002-ci ildə burada istirahət edən Oliver və Krek adlı iki dost adada kitab mağazasının olmadığını görürlər. Beləliklə, onlar 2004-cü ildə adıçəkilən adada “Atlantis Books” kitab mağazasını açırlar.

6 Reasons You Need to Visit Atlantis Books in Santorini - Goodreads News &  Interviews

7. “Ler Devagar”, Portuqaliya

Lissabonda yerləşən bu kitab mağazasında, həm də restoran və kafe yerləşir. Burada tez-tez kitab sərgiləri keçirilir.

Ler Devagar

8. “Libreria Acqua Alta”, İtaliya

Venesiyada yerləşən bu kitab mağazasında rəfləri kiçik qayıqlar əvəz edir. Belə ki, bu mağazada kitabların çoxu qayıqların içinə yığılıb.

Libreria Acqua Alta: 10 Photos of Venice's Must-See Bookshop — Girl Gone  Abroad

9. “Brattle Bookshop”, ABŞ

Bu mağazanın maraqlı cəhəti isə bir hissəsinin küçədə yerləşməsidir.

The United States of America Is a Top Destination for Book Lovers

10. “Livraria da Vila”, Braziliya

“Livraria da Vila” Braziliyanın ən böyük kitab mağazası olmaqla yanaşı, modern arxitekturası ilə də diqqət çəkir.

Pin on \\ Retail Design //

Hazırladı: Cahan Seyidzadə