Film bitər, fikir qalar – Replikalar

Yadında saxla, Red, dünyada ən yaxşı şey ümiddir. Və yaxşı şeylər heç vaxt ölmür…

“Şouşenkdən qaçış”

***

Tarixdən öyrəndiyimiz yeganə şey hər kəsi öldürə biləcəyimizdir.

 “Xaç atası”

***

Əgər cavablarım səni qorxudursa, o zaman qorxulu suallar verməməlisən.

“Ucuz roman”

***

 Ümidini tamamilə itirmək – azad olmaqdır.

“Döyüşçü klubu”

 ***

Mən ağılsızam, amma sevginin nə olduğunu bilirəm.

“Forrest Qamp”

***

  • Xahiş edirəm, atəş açmayın, mən polyakam.
  • Bəs niyə o lənətə gəlmiş alman paltosunu geyinmisən?
  • Üşüyürəm.

“Pianoçu”

***

  • Heç kitab oxuyursunuz, cənab Anderson?
  • Oxumuram, çatışmazlığını da hiss etmirəm.
  • Amma biz hiss edirik.

“Ölü şairlər dərnəyi”

***

Hər kəs ölə bilər, amma hər kəs yaşaya bilməz.

“Cəsur ürək”

***

Mən eşitdiyim və hiss etdiyim ağrılardan çox yorulmuşam, Boss. Mən yollardan yorulmuşam, birəbitdən quşu kimi yağışın altında tək-tənha dolaşmaqdan yorulmuşam. Heç kiminlə yol yoldaşı olmamaqdan, haradan gəlib haraya getdiyimizi, ya da nə üçün getdiyimizi paylaşa biləcəyim bir dostumun olmamasından yorulmuşam. İnsanların bir-birinə qarşı düşmən kəsilməsindən yorulmuşam. Elə bil beynimin içində çoxlu şüşə qırıntıları var. Dəfələrlə yardım etməyə çalışıb bunu edə bilməməkdən yorulmuşam. Qaranlıqda yürüməkdən təngə gəlmişəm. Əgər mən onu bitirə bilsəydim, yer üzündən yox olardım. Amma bacarmıram. 

“Yaşıl mil”

***

 Öldürə biləcəyin halda öldürmürsənsə, deməli, güclüsən?

 “Şindlerin siyahısı”

***

Tanrı belə bu gəmini batıra bilməz.

 “Titanik”

***

Tanrı xidmətçilərin ən böyüyüdür, amma heç kimin köləsi deyil.

 “Həyat gözəldir”

***

Sahiblənmək duyğusu insanı qatilə çevirər.

 “Yaz, yay, payız, qış və yenə yaz”

***

Bəzən qazanmaq – uduzmaqdır.

“Cənnətin uşaqları”

***

İntiharın ən böyük günahlardan biri olduğunu bilirəm, ancaq bədbəxt olmağın özü də böyük günahdır.

 “Albalı dadı”