Filmimiz beynəlxalq festivalda

 Fransa və Azərbaycanın birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin “Biləsuvar” filmi çox nüfuzlu Beynəlxalq Busan Festivalının əsas proqramında yarışacaq.

Qeyd edək ki, Busan Festivalı hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilir. Tokiyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı Asiyanın ən böyük film festivalı hesab olunur.