Həbsxanada yazılmış məşhur əsərlər – SİYAHI

Epiloq.az həbsxanada yazılan 8 məşhur  əsəri təqdim edir

1. Lamançlı Don Kixot (Migel de Servantes)

Servantes 1568-ci ildə Madriddə duel zamanı qılıncla rəqibini zədələyir. Ona cəza olaraq xalqın önündə sağ qolunun kəsilməsi əmri verilir. O dövrdə duelə çıxmaq qadağan edilmişdi. Duelə çıxanlara qarşı ağır cəzalar verilsə də bunun qarşısını almaq mümkün olmurdu. Servantes İtaliyaya qaçır.
Servantes 1570-ci ildə İtaliyada Kardinal Acquavivaya xidmət edir. Həmin dövrdə Osmanlılar Kipri fəth etmişdi və bu xristian dünyasında narahatlığa səbəb olmuşdu. Papa V Pius Kipri ələ keçirən türklərə qarşı 1571-ci ildə xaç yürüşünü həyata keçirmək üçün Venesiya, İspaniya və Malta arasında ittifaq qurulur. Servantes də Neapola gedərək ispan qoşunlarına çağırılır. Döyüşlərdə Servantes sol əlini itirir və əsir düşür. Həbsxanada olduğu illərdə Don Kixotu yazır.  





2. De Profundis (Oskar Uayld)

Oskar Uayld irlandiyalı yazıçı Lord Alfred Duqlas ilə homoseksual münasibətləri ictimaiyyətə məlum olduqda həbsxanaya düşür və iki il ağır əmək cəzasına məhkum edilir. O, “Reading” həbsxanasında Alfred Duqlasa məktublar yazırdı. Məktublar başqasının əlinə keçdiyinə görə 1905-ci ildə kitab halında çap olunduqdan sonra Duqlasa çatır.





3. Birminqem həbsxanasından məktub (Martin Lüter Kinq)

 Martin Lüter Kinq 1963-cü ilin aprel ayında  Alabama ştatının Birminqem şəhərində irqi ayrıseçkiliyə və iqtisadi ədalətsizliyə qarşı silahsız şəkildə etiraz etdiyinə görə həbs olunmuşdu. Həbsdə olarkən “Birminqem həbsxanasından məktub”u yazır.






4. Sodomun 120 günü (Markiz de Sad)

Ömrünün 29 ilini həbsxanada, 13 ilini ruhi xəstəxanada keçirmişdir və ən əhəmiyyətli əsəri “Sodomun 120 günü”nü həbsxanada yazmışdır. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir. O bu əsərləri 10 il Bastilledəki həbsxanada qələmə almışdır.
Markiz de Sad dünya ədəbiyyatının ən qalmaqallı roman müəllifi və sadizmin banisi kimi tanınır. Yazıçı əxlaqı, dini, qanuni elementləri nəzərə almadan həddindən artıq pornoqrafik yazılar yazmışdır.




5. Rüsvayçılıq dirəyinin himni (Daniel Defo)


Daniel Defo kilsə xadimlərinin dilindən yazdığı “Mürtədlərə divan tutmağın ən asan üsulu” adlı pamflet yazır. Əvvəlcə kilsə xadimləri yazılmış panfleti müdafiə edirlər. Daha sonra yazıdakı istehzanı anladıqdan sonra hökumət Daniel Defonun həbsi barədə fərman verir. Məhkəmə onu cərimələyir və rüsvayçılıq dirəyinə bağlamaq qərarını çıxarır. Əmr yerinə yetirilir. 1703-cü ilin 29, 30, 31 iyulunda Defonu London meydanlarının birində rüsvayçılıq dirəyinə bağlayırlar. Lakin Defo bu döyüşdə qalib gəlir. Belə ki, o hələ qalada olarkən “Rüsvayçılıq dirəyinin himni” adlı əsərini yazır. Bu əsər gizlincə əhali arasında yayılmışdı. Defonu rüsvayçılıq dirəyinə sarıyanda bu əsəri oxuyan camaat meydana toplaşmışdı. Defonun əllərinə və başına güldən çələng keçirdilər. Defo həmin əsərində yazırdı ki, azadlıq düşmənləri həmişə xalqın mənafeyini müdafiə edənləri əzir, onlara bu cür cəza verirlər.




6. Pisan Cantos (Ezra Paund)

Ezra Paund Mussolini rejimini dəstəkləyirdi. Mussolinin qətlindən iki gün sonra Pound amerikan əsgərlərinə təslim olmağa çalışsa da italyan partizanları tərəfindən tutulur. O, Pisada Amerikan düşərgəsində bir gecə dəmir qəfəsin içində həbs olunur. Daha sonra xəstəxanaya aparılır. Pound həmin illərdə Vaşinqtona yollanır. 1943-cü ildə Amerikaya xəyanət səbəbi ilə ittiham olunur. Həbsxanada “Pisan Cantos”u yazır. Daha sonra isə dəlixanaya göndərilir. O, dəlixanada 300-dən çox Çin şeirləri tərcümə edir. Həmin şeirlər 1954-cü ildə Harvardda çap olunur.




7.  Mənim mübarizəm (Adolf Hitler)

Adolf Hitler 1924-cü ildə həbs edilir. Həmin il Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə “Mənim mübarizəm” adlı kitabının birinci hissəsini yazdı.




8.  The Essential Qandi (Qandi)

Ömrünün çox hissəsini həbsxanada keçirən hindli inqilabçı Qandi dünya şöhrətli bir liderə çevrildi. Həbsxanada yazdığı bu əsərdə mülki itaətsizlik və qeyri-zorakı hərəkətlərə dair fikirlərini qələmə almışdır.

















Dəniz Pənahova