Həyatın donmuş anları

 Epiloq.az məşhur macar fotoqraf Andre Kertesin fotolarını təqdim edir.  

XX əsrin ən tanınmış fotoqraflarından olan Andre Kertes 1894-cü ildə Budapeştdə anadan olmuşdur. Budapeşt Ticarət Universitetini bitirdikdən sonra birjada işləməyə başlayan Kertes eyni zamanda fotoqrafiya ilə də məşğul olur. 1912-ci ildə ilk fotoapartını alır və bu sahədə öz-özünü inkişaf etdirir. Tezliklə fotoları dövrün məşhur jurnallarında çap olunur. İlk məşhurlaşan işi “Yatmış adam” fotosudur. 1925-ci ildən Parisə köçərək fəaliyyətini burada davam etdirir. Bir çox mühacir sənətçiylə birlikdə dadaizm cərəyanına qoşulması onu daha da məşhurlaşdırmışdır.

“Əhəmiyyətli olan fotonun çəkildiyi andır. Onda nəyi gördüyümüz və göstərmək istədiyimiz məna qazanır. Çünki hər kəs baxa bilər, lakin hər kəs görə bilməz…”

 Andre Kertes







Hazırladı: Cahan Seyidzadə