Haluk Bilginer ABŞ-ın nüfuzlu mükafatını qazandı

Haluk Bilginer Nyu-Yorkda keçirilən 47-ci beynəlxalq “Emmi” mükafatlandırma mərasimində “Şəxsiyyət” serialındakı Agah Bəyoğlu roluna görə “Ən yaxşı kişi aktyor” seçilib.

Aktyor sevərək gördükləri bu işin beynəlxalq arenada qiymətləndirilərək mükafat almasının çox vacib olduğunu vurğulayıb. 

2018-ci ildə yayımlanan, baş rollarında Haluk Bilginer və Cansu Dərənin çəkildiyi “Şəxsiyyət” serialının rejissoru Onur Saylaq, ssenari müəllifi isə yazıçı Hakan Gündaydır.

“Şəxsiyyət” serialı Altseymer xəstəliyindən əziyyət çəkən bir adamın necə qatilə çevrilməsindən bəhs edir.