“Hansı məşhur romanın müəllifi olmaq istərdiniz?” – SORĞU

Epiloq.az “Hansı məşhur romanın müəllifi olmaq istərdiniz?” mövzusundakı sorğunu təqdim edir.

Cavid Zeynallı

Per Lagerkvist “Varavva”

Cəlil Cavanşir

“Karamazov qardaşları”nın müəllifi olmaq istərdim.

Qan Turalı

Herman Hessenin hər hansı bir əsərini yazmaq istəyərdim. Xüsusən də “Yalquzağ”ı.Düşünürəm ki, bəşəriyyət “Yalquzağ”ın modernist tərəddüd və ziddiyyətlərini hələ də həll edə bilməmişdir.

Sahilə İbrahimova

“Anna Karenina”, “1984”

Səfər Alışarlı

Sevdiyim yazıçılar çoxdur. Onların arasında avropalılar əksəriyyət təşkil edir. Hüqo, Balzak, Zolya, Tolstoy, Rollan, Cek London, Drayzer, Prust, Heminquey, Kortasar və başqaları maraqla oxuduğum müəlliflərdir. Mən heç zaman kiminsə yazdığı yaxşı əsərə qibtə etməmişəm, “Kaş ki, bunu mən yazaydım” hissi yaşamamışam. Onlardan texnikanı öyrənmək üçün təkrar-təkrar oxumuşam, təhlillər etmişəm. Mən öz məşhur romanımın müəllifi olmaq həvəsindəyəm. Sənətdə kimisə xatırlatmaq, kiməsə bənzəmək ölümə bərabərdir. Yazıçı yalnız fərdi düşüncənin sahibi olaraq qiymətlidir.

Cahan Seyidzadə