Epiloq.az-ın Openculture.com saytına istinad edərək verdiyi məlumata görə Haruki Murakami təxminən 10 min albomdan ibarət caz kolleksiyasını ictimaiyyətə təqdim edəcək.
O, koronavirusun yaratdığı depressiyanı aradan qaldırmaq məqsədilə radioda veriliş aparacaq.
Murakami caz klubundakı 40 illik fəaliyyətindən sonra 2018-ci ildə də “Tokio FM” radiosunda 55 dəqiqəlik proqramın aparıcısı olmuşdur.
22 may-dan etibarən “Evdə qal, özəl yayım”ı başlayacaq.
Murakami musiqinin gücündən bəhs edərək onu da əlavə edib ki, “ümid edirəm musiqinin gücü koronanın yaratdığı hüznü və kədəri aradan qaldıracaq”.
Dəniz Pənahova