İncəsənət aləminin ən maraqlı əhvalatları – EKSKLÜZİV

Epiloq.az sənət  aləmində baş verən maraqlı hadisələri təqdim edir.

Image result for pablo picasso

Poçtalyon Pikassonun evinə gəlir. Divardakı rəsmlərə baxıb deyir: “Nəvəniz də rəssam imiş ki”.

Image result for mikelancelo

Dostu Mikelancelonun evinə qonaq gəlir. Mikelancelo heykəl üzərindəki işini bitirmək üzrədir. Dostu heykələ tamaşa edir. Bir neçə gün sonra dostu yenidən  gəlir. Mikelancelo heykəlin indi necə olduğunu soruşur. Dostu heç bir fərq görmədiyini deyir. Mikelancelo isə izah edir: “Bax, bu tərəfini incəltdim, buranı ağartdım, dodaqları qabartdım”. Dostu isə deyir: “Axı bütün bunlar hamısı təfərrüatdır”. Mikelancelonun ona verdiyi cavab əsrlər sonra incəsənətin məzmununu ifadə edən ən yaxşı aforizm kimi xatırlanacaqdır: “Təfərrüatlar ideallığı tamamlayır, amma ideallıq heç zaman təfərrüat ola bilməz”.

Image result for mark tven

Gənc yazıçı Mark Tvenə məktub yazaraq, ondan balıq yeməyin beyni möhkəmləndirib- möhkəmləndirmədiyini soruşur. Mark  Tven ona belə cavab yazır: “Bəli, balıq tərkibindəki fosfora görə beyin üçün çox faydalıdır. Məktubunuzu oxuyanda belə qənaətə gəldim ki, ortaboylu iki balina sizin üçün kifayətdir”.

Image result for gary cooper

Məşhur Amerika aktyoru Qeri Kuper yolla gedəndə bir qadın onu ərinə göstərib deyir: “Bir bax, gör necə Qeri Kuperə oxşayır”. Aktyor qadının sözlərini eşidib gülümsəyir. Qadın isə ərinə deyir: “Yazıq sevindi e” .

Image result for rodin

Bir qadın məşhur heykəltaraş Rodendən soruşur: “Belə möhtəşəm heykəlləri necə düzəldirsiniz?” Roden cavab verir: “Çox sadə. Mərmər daşın əyər-əskiyini atıram, heykəl özü üzə çıxır”.

Image result for qustav maler

Qustav Maler yenicə bəstələyib bitirdiyi üçüncü simfoniyasında çöl çiçəklərini, meşə heyvanlarını, asimanı və füsunkar təbiəti əks etdirmişdi. Məşhur dirijor Bruno Valter onun evinə qonaq gəlir. Bəstəkarın yaşadığı Attersinin möhtəşəm təbiətini seyr edən dirijora Maler belə deyir. “Gözünüzü yormayın, bütün bu təbiəti bəstələmişəm”.

Image result for pablo casals

İddiaları imkanlarından çox böyük olan bir bəstəkar Pablo Kassalsa yeni əsərinin notlarını verərək fikrini söyləməsini xahiş edir. Kassals notları vərəqlədikcə öz-özünə danışır, sonra əsərini sahibinə qaytarıb deyir: “Yoruldum. Hər səhifədə köhnə dostlarımı görürəm, hamısıyla da hal-əhval tuturam”.

Image result for kreisler

Məşhur amerikan tənqidçisi Daunes şübhələnərək virtuoz Kreyslerin ifa etdiyi əsərləri təhlil edir və onların heç də konsertlər zamanı elan edilən bəstəkarlara aid olmadığını sübut edir. O, bu haqda məqaləsini “Nyu-York Tayms” qəzetində çap etdirəndə böyük səs-küy qalxır. Məlum olur ki, Kreyslerin başqalarınkı kimi təqdim etdiyi əsərlər əslində öz bəstəsi imiş. Musiqi ictimaiyyəti virtuozun öz əsərlərini ifa etməsini yaxşı qarşılamadığına görə o, bu yola əl atmışdı. Bu hadisədən sonra Kreyslerin adı görkəmli bəstəkarlarla bir sırada çəkilir.