Bəşəriyyət tarixinə damğa vurmuş ağ-qara fotolar

Epiloq.az tarixin tozlu səhifələrində qalan və insanlıq tarixinə damğa vuran ağ-qara şəkilləri təqdim edir.


İkinci Dünya Müharibəsi zamanı əsgərlər cəbhəyə getməmişdən öncə sevdikləri ilə vidalaşır.



1940-cı il. London bombalanan ərəfədə körpələrə geyindirilən qaz maskaları.


1945-ci il. Yaponiyanın Kobe şəhərinə atılan bombalar.

1945-ci il. İkinci Dünya Müharibəsi bitdikdən sonra həbsxanadan xilas edilən yəhudilər əsgərlərə doğru qaçarkən.

XX əsrin əvvəllərində pəncərələri taqqıldadaraq insanları yuxudan oyadan xidmətçi.

1961-ci il. Kosmosa uçan ilk insan Yuri Alekseyviç Qaqarin.

1920-ci illər. Sahildə nəzarətçi çimərlik geyimlərinin ətəyini yoxlayır.

1937-ci il, Nürnberq. Nasist Almaniyasında qarışqa sürüsünü xatırladan mitinq.

1839-cu il. Bilinən ilk selfi.

Albert Eynşteyn və öz kuklası.

1922-ci il. Gözəllik yarışmasını qazanan qızlar.

1967-ci il. Tok vuran bir fəhləni xilas edən adam.

Dəniz Pənahova