İsmayıl Qarayevə həsr olunmuş ədəbi-bədii gecə

İyulun 27-si saat 17:00-da Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Tap Qaraqoyunlu kəndində görkəmli Azərbaycan yazıçısı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “Gecə keçir” adlı ədəbi-bədii gecə təşkil olunacaq.

Tanınmış ziyalılar və rayon ictimaiyyətinin iştirak edəcəyi tədbir yazıçının evində keçiriləcək.