“İnsan azadlığa məhkumdu”-AFORİZMLƏR

Epiloq.az görkəmli fransız yazıçısı və filosofu Jan Pol Sartrın aforizmlərini təqdim edir



1. Hər seçim imtinadır.


2. Qır qazanına nə ehtiyac var? Cəhənnəm başqalarıdır!


3. Hər şey başa çatması üçün mövcuddur. Macəranı uzatmağa lüzum yoxdur. Ona məna verən isə ancaq və ancaq ölümdür.


4. Mənim üçün maraqlı olan insanların nə olduğu yox, onların nə ola biləcəkləridir.


5. İnsanın azadlığı ona qarşı edilən hərəkətlərə münasibətində gizlənib.


6. İnsan malik olduqlarının cəmi deyil, gerçəkləşdirə bilmədiklərinin məcmusudur.


7. Sahib olduğum əşyalar vaxt keçdikcə mənə sahib olurlar. Buna görə də hansısa bir əşyanı sevsəm onu başqasına bağışlayıram. Bu səxavət deyil, mən əşyaların köləsi olmaq istəmirəm.


8. Qatarlara minirsən, amma perronda qalanları da sən özün seçirsən.


9. Heç nəyi seçməmək də bir növ seçimdir.


10. Fikir azadlığından məhrum olmaq fikrini deyə bilməmək deyil, ümumiyyətlə düşünməməkdir.


11. Məna vermək istəsən həyatın da mənası olar.



12. İnsan azadlığa məhkumdur. Çünki dünyaya atıldıqdan sonra o bir hərəkəti üçün məsuliyyət daşıyır.


13. Azadlıq istədiyini etmək deyil, etdiyini istəməkdir.


14. Hər insan ehtirasının bəhanəsinə sığınır.



15. Tənha idi, qorxulu bir sükutun düz ortasında, azad və tək, köməksiz və bəhanəsiz, bir daha geri qayıtmamağa and içən məhbus, hər zaman azad qalmağa məhkum…


16. İnsan əvvəlcə mövcud olur, sonra kəşf edilir, Yer üzündə görünür və ancaq bundan sonra ona tərif verilir.