Kafkadan sosial izolyasiya məsləhətləri

Epiloq.az  Frans Kafkanın sosial izolyasiya dövründə aktuallaşan aforizmlərini təqdim edir.


1. Gecənin bir aləmi, bir kafedə tanış iki adam məndən soruşdu: “Bizə qoşulmaq istəmirsən?”.  “Xeyr, istəmirəm” dedim.


2. Otaqdan çıxmaq lazım deyil. Masanızın arxasında oturmağa davam edin və qulaq asın. Hətta qulaq asmayın, sadəcə gözləyin; təkliyə çəkilin, səssiz və sakit.


3. Həddindən çox adamla münasibət sizin üçün yaxşı olmayacaq.


4. Hər şeyi unut. Pəncərəni aç. Otağını yığışdır. Küləyi içəri burax. Göz gəzdirdiyin şey sadəcə boşluqdur. Hər küncdə bir şey axtarırsan, ancaq tapa bilmirsən. Tapa bilmədiyin özünsən.


5. Gücünüzdən insanlarla vaxt keçirmək və onlarla danışmaq əvəzinə, tamamilə özünüzə qayıtmaq və özünüz barədə düşünmək üçün istifadə edin. Əslində kiməsə deyəcək heç bir sözünüz də yoxdur.


6. Özünüzü başqalarının təsirindən tam qorumayana qədər başqalarına ürəyinizi açmayın. Qoy, hamı sizə düşmən olsun.



7. Heç özünüzlə belə ortaq cəhətiniz olmasın və bir küncdə səssiz – səmirsiz oturun, nəfəs aldığınız üçün sevinin, zövq alın, fərəhlənin.


8. Bir müddət harada olduğunuzu heç kim bilməsin və bundan zövq alın. Kaş bu həmişəlik belə   ola…


9. Bir vaxtdan sonra geri qayıtmaq mümkün deyilsə və siz bunu başa düşürsünüzsə demək ki, məqsədə çatmısınız.


10. İnsan və dünya arasında bir oyun varsa, siz dünya tərəfdən oynayın.

dusunbil.com

Tərcümə: Dəniz Pənahova