Kann Film Festivalı 27-29 oktyabr tarixlərində xüsusi tədbir təşkil edəcəkdir

Epiloq.az saytı xəbər verir ki, üç gün davam edəcək bu tədbirdə Kann 2020 seçimlərindən 4 film və festivalın qısa filmlərinin nümayişi keçiriləcəkdir.

12-23 may tarixlərində keçirilməsi planlaşdırılan 73-cü Kan Film Festivalı Covid-19 epidemiyası səbəbilə ləğv edilsə də Kann şəhərində bu il festival çərçivəsində nümayişlər keçiriləcək.

Digər tərəfdən 2021 Kann Film Festivalı üçün hazırlıqlar başlayıb. 74-cü Kann Film Festivalı 11-21 may 2021 tarixləri arasında keçiriləcəyi açıqlandı.