Keçmişi qoxulaya biləcəyik

Epiloq.az “Odeuropa” layihəsində iştirak edən tədqiqatçıların BBC-yə verdiyi açıqlamasını təqdim edir.

Avropalı alimlər, muzey ziyarətlərini əyləncəli hala gətirmək üçün üç il ərzində XVI–XX əsrin əvvəllərindəki ən əhəmiyyətli qoxuları, təyin edərək yenidən yaradacaqlar.

Qoxu arxeoloqları, ətriyyatçılar, kimya və kompüter alimləri, təxminən 20 mütəxəssis, “Odeuropa” layihəsi üçün bir araya gələcəklər. Layihə 3.3 milyon dollara başa gələcək və Avropa Birliyi tərəfindən maliyyələşdiriləcək.

Alimlər bu araşdırma ilə “Qoxu irsinin ensiklopediyası”nı yaratmağı hədəfləyirlər.

Mütəxəssislər Sənaye İnqilabı dövründə İngiltərənin bəzi şəhərlərindəki havanın qoxusunu yenidən yaratmağı ümid edirlər.


“Odeuropa” layihəsinə rəhbərlik edən hollandiyalı mədəniyyət tarixçisi İnger Leemans BBC-yə verdiyi açıqlamada bildirdi ki, layihə insanın qoxu duyma keçmişindən bəhs edəcək. “Qoxular maddi və mənəvi olaraq uçucu olduğu üçün onları necə qoruyacağımızı düşünməliyik”.


Layihə tarixi sənədlər və sənət əsərlərindəki qoxuları araşdıracaq. Məsələn, 1777-ci il notariat arxivlərindən alınan bu mətndə amsterdamlı “nəfəsi üfunət qoxuyan gözəl bir bakirə” olaraq xarakterizə olunur.


Alimlər kitablarda, tarixi sənədlərdə, sənət əsərlərində və muzey kolleksiyalarında qoxuları analiz etmək üçün yeddi dildə olan alqoritmdən istifadə edəcəklər.

İngiltərədəki Anglia Ruskin Universitetinin ətir tarixçisi və bu layihədə iştirak edən Villiam Tullett, qoxu hissinin əhəmiyyətini Covid-19 epidemiyası ilə ortaya çıxdığını söylədi.

Kimyaçılar bəzi texnikalar vasitəsilə tarixi obyektlərdən hissəciklər çıxararaq və kimyəvi quruluşlarını analiz edərək maddələrin qoxularını öyrənirlər.

Layihədə iştirak edən tədqiqatçılardan biri də hollandiyalı sənət tarixçisi Karo Verbeekdir.

Bu sahədə ixtisaslaşan Verbeek son 20 il ərzində qoxu təcrübələrini hazırladı. Sonuncu təcrübəsi 2015-ci ildə Amsterdamın məşhur “Rijksmuseum” muzeyində baş tutdu.
Verbeek ətriyyatçı Birgit Sijbrands və Bernardo Fleminq ilə birlikdə çalışaraq rəssam Jan Villem Pienemanın “Vaterlo döyüşü” (1824) əsəri də daxil olmaqla, muzeyin məşhur əsərlərindən bir neçəsinin ətirlərini hazırlayıblar.
Verbeek açıqlamasında bildirdi ki. “Vaterlo döyüşü” tablosundan palçıq, at və dəri ilə qarışdırılmış barıt qoxusu gəlirdi. İnsanlar ətirli çubuqlar vasitəsilə tablonun qoxusunu ala bildilər. Artıq xalqın sənət əsərlərini qavramaq şəkli tamamilə dəyişib. İnsanların sənət əsərlərini anlamaları, bəyənmələri və qiymətləndirmələri üçün daha əhatəli bir yol var. Gözdən əlillər üçün daha da əhatəli olacaq. İndi daha çox insan tarixin qoxusunu duyacaq”.

Mənbə: “BBC.com”
Tərcümə edən: Dəniz Pənahova