Kim Ki Duk vəfat edib

Dünyaca məşhur Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat edib.

Epiloq.az-ın verdiyi xəbərə görə, 59 yaşlı rejissor Latviyada vəfat edib.

Onun koronovirusdan öldüyü bildirilir. Kim Ki Duk noyabrın 20-də Latviyaya səfər edib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb. Rejissorun Latviyaya orada yaşamaq və ev almaq üçün getdiyi vurğulanır.