Kitab İnstitutunun Ukrayna dilindən tərcümə (“Translate Ukraine 2021” ) Dəstək Proqramı fəaliyyətə başlayıb.

Ukrayna Kitab İnstitutu naşirləri Ukrayna ədəbiyyatının xarici dillərə tərcüməsini dəstəkləmək üçün  “Translate Ukraine 2021” Proqramında iştiraka dəvət edir.

İnstitut Ukrayna ədəbiyyatının xarici dillərə tərcümə edilməsinə Dəstək Proqramına başladığını elan edir və Ukrayna ədəbiyyatı nümunələrini  digər dillərə tərcümə etmək, yayımlamaq və yaymaq niyyətində olan naşirləri Proqramda iştiraka dəvət edir.

Müraciətlərin qəbulu 19 aprel 2021-ci il tarixindən etibarən həyata keçiriləcək.

Proqramın icrası mərhələlərlə olacaq;

1. Müraciətlərin qəbulu;

2. Ərizələrin texniki seçimi;

3. Ekspert Şurası tərəfindən layihələrin qiymətləndirilməsi;

4. Layihələrin reytinqinin formalaşdırılması;

5. İnstitut tərəfindən maliyyələşdiriləcək layihələrin siyahısının müəyyənləşdirilməsi;

6. İnstitutun veb-saytında siyahının yayımlanması (https://ubi.org.ua/);

7. Layihələri dəstəkləmək üçün naşirlərlə müqavilələrin imzalanması;

8. Naşirlərin öhdəliklərini yerinə yetirməsi;

9. Naşirlərin hesabatı;

10. İnstitut tərəfindən xərclərin ödənilməsinin həyata keçirilməsi.

Əsərlərin tərcüməsi üçün layihələrin seçimi İnstitutun Ekspert Şurası tərəfindən həyata keçiriləcək. Layihələrin yekun siyahısı İnstitut tərəfindən müəyyənləşdiriləcək və İnstitutun veb-saytında dərc ediləcək. Ərizəsi seçim mərhələsindən keçən naşirə, Ukrayna ədəbiyyatından  bir əsəri başqa bir dilə tərcümə etmək hüququnu əldə etdiyinə görə lazımı vəsait qismən və və ya tamamilə ödənilir. Naşir Ukrayna ədəbiyyatının bir əsərinin başqa bir dilə çevrilməsi və nəşr etmək hüquqlarının əldə edilməsi barədə intellektual mülkiyyət hüquqları alır.

Hər bir layihə üçün ödəniş haqqı 4.000 avrodur.

Proqram müasir və klassik Ukrayna ədəbiyyatını  əhatə edir.

Layihələr baxılmaq üçün qəbul olunur:

• nəsr, poeziya, dram, oçerklər, bioqrafik əsərlər, bədii ədəbiyyatın və elmi-kütləvi ədəbiyyatın digər janrları;

• humanitar və sosial elmlər;

• uşaqlar və yeniyetmələr üçün ədəbiyyat.

Proqramın 2021-ci il üçün prioritetləri Lesya Ukrainka, Qriqori Skovoroda, Lina Kostenkonun əsərlərinin tərcüməsi və Ukrayna tarixinə dair oçerklərdir.

Qeyd edək ki, Ukrayna ədəbiyyatının daha əvvəl müvafiq xarici dildə tərcümə olunmuş və nəşr olunmuş əsərlərinin yenidən tərcüməsi üçün layihələr və geniş kütlənin istifadəsi üçün nəzərdə tutulmayan nəşrlərin tərcüməsinə dair təkliflər qəbul edilmir.

Qaliblərə vəsait kitab nəşr olunduqdan və İnstitut tərəfindən öhdəliklərin yerinə yetirilməsi barədə hesabat sənədləri alındıqdan sonra ödəniləcək.

Proqramda iştirak etmək üçün naşirlər aşağıdakı sənədləri müraciətlə birlikdə təqdim etməlidirlər:

Doldurulmuş forma (Tərcümə Dəstək Proqramı haqqında Əsasnaməyə Əlavə 1);

• Əsərin müəlliflik hüququnun sahibi ilə imzalanmış müqavilənin surəti;

• Tərcüməçi ilə imzalanmış müqavilənin surəti;

• Tərcüməçinin Ukrayna dilindən tərcümə etdiyi əsərlərdən bir parça istinad və rezyume ilə birlikdə, tərcüməçinin tərcümeyi-halı;

• Nəşriyyat haqqında, xüsusilə Ukrayna dilindən tərcümə nəşrləri, kitab satışı şəbəkəsi haqqında qısa məlumat;

Ukrayna ədəbiyyatından əvvəllər olunmuş tərcümələrdən istinadlar, alınmış rəylərin media icmalları əlavə olunur.

Naşirlər sənədlərdəki məlumatların düzgünlüyünü təmin edirlər.

Ukrayna dilindən tərcümə Proqramının Əsasnaməsi (Ukrayna dilində) bu linkdə: https://cutt.ly/fcKMbWa

Forma – https://cutt.ly/zcK6iOw

Müraciətlər yalnız elektron poçtla qəbul olunur: translateukraine@ubi.org.ua

Suallarınızı bu elektron poçt ünvanına göndərə: translateukraine@ubi.org.ua

və ya bu telefonla əlaqə yarada bilərsiniz: +38 096 607 83

Məsul şəxs: Yelena Odinokaya olena.odynoka@ubi.org.ua

Qeyd edək ki, müraciətlərin qəbulu 19 aprel tarixində başlayaraq 3 may 2021-ci ilə tarixinədək davam edəcək. 3 may saat 23: 59-dan sonra göndərilən müraciətlərə baxılmayacaq.