Kitabın üzünə baxmaq kifayətdir

Adətən kitabı üz qabığına görə dəyərləndirmək olmaz deyirik. Bəs, kitabın  qapağı təkbaşına bütün hekayəni danışarsa?

Yaradıcılığın sərhədləri olmur.

“Booknook” adlı yeni kitab illüstrasiyaları bütünlükdə kitabı əhatə edir. Xüsusilə, uşaqlarda kitab oxuma həvəsini artırmaq üçün nəzərdə tutulan booknooklar əl işləridir. Bununla yanaşı yeni növ kitabların hazırlanmasında  yüksək səviyyəli lazer kəsimlərindən və 3D çap texnologiyalarından da istifadə olunur.


Kitabı oxumaq üçün hərflərə ehtiyac yoxdur.  Bu illüstrasiyalar sayəsində kitabın nədən bəhs etdiyini anlamaq olur.

“Harri Potter”, “Bleid Ranner”, “The Lord of Rings” (“Üzüklərin sahibi”) filmlərinin, eləcə də “Black Lagoon” kimi animasiya və serialların sehrli dünyasına aparan booknook əl işlərini dekor, kitab rəfi kimi də istifadə etmək mümkündür.
 
Yeni booknook kitablarında təkcə hekayələrdən bəhs olunmur, həmçinin Qədim Yaponiya, İtaliya kimi ölkələrin, bir çox maraqlı məkanların, küçələrin illüstrasiyaları da yer alıb. Hətta miniatür booknooklar seriyası da hazırlanır.

Dəniz Pənahova