Kurt Vonnequtdan 7 məsləhət

Epiloq məşhur Amerika yazıçısı Kurt Vonnequtun hekayə yazmaqla bağlı məsləhətlərini təqdim edir.

1. Elə yazmalısınız ki, oxucu vaxtının hədər getdiyini düşünməsin.

2.Hekayədə oxucunun qəbul etdiyi və ya örnək aldığı ən azı bir obraz olmalıdır.

3.Obrazların hamısında lap bir stəkan su da olsa, ürəkdən arzuladığı nəsə olmalıdır.

4.Hekayənin hər bir cümləsi dəqiqliklə hesablanmalı və hadisələrin gedişatına uyğun olmalıdır.

5.Yazıçı əzazil olmalıdır. Baş qəhrəmanlar nə qədər məsum olsalar da fərq etməz, gərək elə dəhşətli hadisələrlə üzləşsinlər ki, necə insan olduqları tam çılpaqlığı ilə görünsün.

6.Oxucuya nəyin harda, necə olduğu barədə mümkün qədər tez məlumat vermək lazımdır ki, hekayənin gedişatını rahat izləyə bilsin.

7.Hekayənin əvvəli ilə sonu mütləq bir-birini tamamlamalıdır.